Mehriban Əliyeva: “Gəncə – qədim dövlətçiliyimizin beşiyidir”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Gəncə terroru ilə bağlı instaqram hesabında paylaşım edib.

Qazet.az-ın xəbərinə görə, paylaşımda deyilir:

- Advertisement -

“Bu gecə erməni təcavüzkarları Gəncəyə xaincəsinə hücum ediblər.

Niyyət sadə və eyni zamanda, dəhşətlidir – mümkün qədər çoxsaylı dinc sakinləri məhv etmək, panika yaratmaq, Azərbaycan xalqını qorxutmaq.
Lakin təcavüzkar heç vaxt öz çirkin məqsədlərinə nail olmayacaq. Bu şanlı şəhərin sakinləri ruhən çox güclüdürlər! Gəncə – Nizamidir, Məhsətidir, Vazehdir! Lakin Gəncə təkcə Azərbaycanın mədəni irsi deyil.
Gəncə – qədim dövlətçiliyimizin beşiyidir.
Bu, sarsılmaz dözüm, mərdlik və igidlik rəmzidir!
Gəncə Cavadxanın yurdudur. Bu şəhər Şərqdə ilk demokratik cümhuriyyətin müstəqilliyi uğrunda sona qədər vuruşmuş şəhərdir.
Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!”

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

ANAMA Bərdənin raket atəşinə tutulması ilə bağlı məlumat yayıb

ANAMA Bərdə şəhərinə Ermənistan tərəfindən raket atılması ilə bağlı məlumat yayıb

Hikmət Hacıyev: “Ermənistan Azərbaycan xalqına qarşı etnik təmizləmə aparır”

“Ermənistan tərəfindən Azərbaycan xalqına, ümumiyyətlə mədəni irsinə qarşı da etnik təmizləmənin şahidi oluruq”

Baş Prokurorluqdan Ermənistanın Bərdəyə hücumu ilə bağlı rəsmi açıqlama

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır

Bərdədə ölənlər arasında bir körpə var

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb

Məktəblərdə işğaldan azad olunan ərazilər haqqında bülletenlər hazırlanacaq

Bununla bağlı BŞTİ-nin tabeliyindəki Təlimə Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrinə müvafiq tövsiyələr verilib