Gəncəyə raket zərbələri İtaliya mətbuatının diqqət mərkəzində

İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, nüfuzlu qəzetləri, televiziya kanalları, xəbər agentlikləri, o cümlədən “Rai”, “Mediaset”, “Ansa”, “Agi”, “La7”, “İl Sole 24 Ore”, “İl Giornale”, “Adnkronos”, “Notizie Tiscali”, “Notizie Yahoo”, “Occho Notizie”, “Gazzetta di Parma”, “Telenicosia”, “Politicamente Corretto”, “MSN”, “Quotidiano Countribuenti”, “Prima Press”, “Globus Magazine”, “La Gazetta del Mezzogiorno”, “La Nuova Sardegna”, “Quotidiano”, “Politica News”, “Altoadige”, “Inews24”, “Giornale del Trento”, “Prealpina”, “Agenia Nova”, “Corriere Quotidinao”, “La Presse”, “Unionsarda”, “Il Giornaleditalia”, “Open Online” və sair kimi mətbuat orqanları Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ballistik raket atəşinə tutması haqqında məlumatlar və videoreportajlar yayımlayıblar.

Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyindən Qazet.az-a verilən məlumata görə, məlumatlarda Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza bugünkü müraciətində bu mövzu ilə bağlı fikirlərindən sitat gətirilərək baş verənlərin hərbi cinayət olduğu və Ermənistanın cavabının Azərbaycan tərəfindən döyüş meydanında verildiyi bildirilir.

- Advertisement -

Məlumatlarda, eləcə də Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Azərbaycanın İtaliyadakı Səfirliyinin məlumatlarına əsasən Ermənistanın bu hərbi cinayətinin ağır nəticələri barədə danışılır, cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücumun ciddi sayda mülki insanların itkisinə səbəb olduğu, 14 şəxsin, o cümlədən 2 uşağın həyatını itirdiyi, 50-dən çox insanın ciddi yaralandığı, çoxsaylı yaşayış binalarının və geniş ərazinin dağıdıldığı, Gəncəyə atılan raketlərin SCUD/Elbrus taktiki ballistik raketlər olduğu, bunun Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini nümayiş etdirdiyi vurğulanır.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Bərdədə ölənlərin sayı 21-ə çatdı – YENİLƏNİB

Baş Prokurorluğun Mətbuat xidməti Ermənistanın Bərdəyə raket atması ilə bağlı yeni açıqlama yayıb

MN: “Düşmən Tərtər rayonunun ərazisini yenidən atəşə tutub”

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Düşmən Zəngilanda diversiyaya cəhd etdi, hamısı məhv edildi

Ermənistan xüsusi təyinatlıların Zəngilan rayonu ərazisində diversiya cəhdinin qarşısı alınıb

Azərbaycan Ordusu Bərdənin qisasını belə aldı – VİDEO

Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus xeyli sayda hərbi texnika və canlı qüvvə məhv edilib

Bərdədə erməni terroru törədilən ərazidə son vəziyyət – VİDEO

Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun mərkəzini raket atəşinə tutması nəticəsində ərazidə axtarış-xilasetmə işləri davam etdirilir