Rusiya XİN: Gəncənin atəşə tutulması zamanı həlak olan Mayakov dəfn edilib

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Gəncədə Artur Mayakovun həlak olması ilə əlaqədar rəsmi “Twitter” səhifəsində paylaşım edib.

Qazet.az-ın məlumatına görə, paylaşımda deyilir: “Oktyabrın 17-də raket hücumu nəticəsində yaralanaraq Gəncə Şəhər Xəstəxanasına gətirilmiş 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Vasilyeviç Mayakovun oktyabrın 24-də vəfat etməsi barədə Azərbaycanın hakimiyyət orqanları tərəfindən səfirliyə məlumat verilib. Səfirlik Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, mərhumun qohumları və yaxınları ilə əlaqə saxlayır, onlara lazım olan köməyi göstərir.

- Advertisement -

A.V.Mayakov oktyabrın 24-də Azərbaycan Respublikasının Gəncə şəhərində dəfn olunub. Dəfn mərasimində Gəncənin rus icması başçısının müavini İ.V.Kalaşnikova və Gəncədəki Aleksandr Nevski məbədinin keşişi Varfolomey Ata iştirak ediblər.

Səfirlik bu kədərli hadisə ilə əlaqədar mərhumun qohumlarına və yaxınlarına başsağlığı verir”.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Bərpa Olunan Hidrogen Koalisiyası təsis edilib

Bərpa Olunan Hidrogen Koalisiyası (Renewable Hydrogen Coalition) təsis edilib

KOBİA dövlət-özəl tərəfdaşlığının inkişafı üzrə EBRD-lə layihəyə başlayacaq

KOBİA dövlət-özəl tərəfdaşlığının inkişafı üzrə EBRD-lə layihəyə başlayacaq

DİN-in mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək

DİN-in mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək

Tanınmış vəkil Tahir Əlirzayev koronavirusdan vəfat edib

Tanınmış vəkil Tahir Əlirzayev koronavirusdan vəfat edib

FRANCE-24 Ağdam haqqında: bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar

FRANCE-24 Ağdam haqqında: bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar