Hikmət Hacıyev: “Azərbaycan əraziləri azad ediləndən sonra bütün tarixi və mədəni abidələr bərpa olunacaq”

“Azərbaycan əraziləri işğaldan azad ediləndən sonra orada yerləşən bütün tarixi və mədəni abidələri bərpa edəcək”.  

Qazet.az-ın məlumatına görə, bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

- Advertisement -

Prezidentin köməkçisi deyib ki, Ermənistan cəbhədən 100 kilometrlərlə uzaqda olan Gəncə şəhərinə, bu şəhərdəki İmamzadə kompleksinə və Aleksandr Nevski Kilsəsinə raket zərbələri endirib: “Münaqişə zonasından uzaqda yerləşən şəhərə, mülki obyektlərə Ermənistan silahlı qüvvələri raketlər atıb. Azərbaycan heç bir mədəni, dini obyektə hücum etməyib, Azərbaycanın belə niyyəti də yoxdur”.  

Şuşada kilsənin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması barədə iddiaya da toxunan H. Hacıyev nəzərə çatdırıb ki, həmin kilsə raketlə vurulsaydı, tamamilə məhv olardı: “Biz sadəcə, tavanda bir deşik görürük. Amma faktiki həmin binanın pəncərələri yerindədir. Biz dünyadakı xristianların hislərinə hörmətlə yanaşırıq. Azərbaycan müxtəlif ölkələrlə kilsə və mədəni abidələri bərpa edir, sinaqoqların bərpasına da töhfəmiz var”.

Mehriban Mürsəlova
Mehriban Mürsəlova
Xəbər müəllifi

Azərbaycanda karantinə görə əksər məhkəmə prosesləri təxirə salındı

Ali Məhkəmənin sədri Ramiz Rzayev xüsusi karantin rejimində məhkəmələrin fəaliyyəti ilə bağlı qərar verib

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial xidmətlərdən istifadəsi üçün tələblər hazırlanacaq

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial xidmətlərdən istifadəsi üçün tələblər hazırlanacaq

Erməni əsgər analarının etirazları davam edir

Erməni əsgər anaları Qarabağda olan övladlarının qaytarılmasını tələb edib

Əsirlikdə olan Azərbaycan hərbçisinin xəstəxanadan fotosu yayıldı

Amin Musayevin xəstəxanadan fotosu yayıldı

Şəkidə COVID-19 xəstəsi barədə araşdırmalara başlanıldı

Bu barədə Qazet.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib