Prezident: “Naxçıvana dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilib”

“Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var”.

Qazet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

- Advertisement -

Dövlət başçısı bildirib ki, artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır:

“Şuşaya yeni yolun çəkilişi artıq başlanmışdır. Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi – Ağdamdan Xankəndiyə, oradan da Şuşaya. İndi biz Füzuli rayonundan yeni yol çəkirik. Bu yol Xocavənd rayonunun bir hissəsindən keçəcək. Göstəriş vermişəm ki, bu, tezliklə təmin edilsin. Halbuki bu, böyük işdir, orada yol olmayıb və meşələrin içi ilə yol salınır, dərələr, təpələr, çox ağır relyef var orada. Amma biz bunu edəcəyik. Dəmir yollarını bərpa edəcəyik.

O cümlədən, Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir. Bərdə-Ağdam dəmir yolunun bərpası ilə əlaqədar artıq praktiki addımlar atılmışdır. Ağdam rayonunun bərpası və gələcəkdə orada yaşayacaq insanların rahatlığı üçün bu yol mütləq olmalıdır. Yəni, bütün bu işlər planlı şəkildə aparılacaq və Azərbaycan vətəndaşları görüləcək işlərlə bağlı müntəzəm olaraq məlumatlandırılacaqdır”.

Avatar
Müseyib Baxşəliyev
Xəbər müəllifi

Baş Prokurorluq məlumat yayıb

Bu barədə Qazet.az-a Baş Prokurorluqdan məlumat verilib

Qanunsuz ova görə tətbiq olunan cərimələrin sayı açıqlanıb

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda deyib

Lavrov: “Qarabağdakı vəziyyəti diqqətdən kənar qoymayacağıq”

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında deyib

Səudiyyə Ərəbistanında partlayış olub

Bu barədə “Xabr əl-Acil” informasiya portalı məlumat yayıb

Zərər çəkmiş sahibkarlara daha 39 mln manat maliyyə dəstəyi göstərilib

Müvafiq vəsaitlər Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq vergi ödəyicilərinin bank hesablarına köçürülüb