Erməni əsgər analarının etirazları davam edir

Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında Qarabağda hərbi xidmətdə olan əsgərlərin valideynləri etiraz aksiyası keçirib.

Qazet.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, onlar hökumət binasının qarşısında da irimiqyaslı aksiya keçirəcəklərini bildiriblər.

- Advertisement -

Onların əsas tələbi Ermənistanın işğalı altında olan torpaqlar Azərbaycana qaytarılana və dövlət sərhədi bağlananadək övladlarının evə buraxılmasıdır.

“Biz Laçının dekabrın 1-də təhvil veriləcəyini eşitmişik. Ona görə də övladlarımızın indi qaytarılmasını istəyirik. Çünki bundan sonra bizim övladlarımızın da taleyinin döyüşdə iştirak edənlərinki kimi olmayacağına təminat yoxdur”, – əsgər analarından biri bildirib.

Başqa bir əsgər anası isə övladının itkin düşməsini istəmədiyini deyib: “Heç kim bizə təminat verə bilməz ki, noyabrın 30-dan sonra uşaqlarımız evə sağ-salamat qayıdacaq”. O, cəmiyyəti bu problemə laqeyd qalmamağa çağırıb.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Zərər çəkmiş sahibkarlara daha 39 mln manat maliyyə dəstəyi göstərilib

Müvafiq vəsaitlər Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq vergi ödəyicilərinin bank hesablarına köçürülüb

Azərbaycanda daha 551 nəfər koronavirusdan sağalıb

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib

İtaliya baş naziri istefa verib

İtaliyanın baş naziri Cüzeppe Konte istefa verib

“Azəriqaz” qaz borcunun çox yazılmasına münasibət bildirib

"Azəriqaz" qaz borcunun çox yazılmasına münasibət bildirib

Kəlbəcərdəki qızıl ehtiyatlarından səmərəli istismar olunması üçün Vergi Məcəlləsinə dəyişiklik edilir

Bununla bağlı Vergi Məcəlləsinə yeni - 164.1.54-164.1.55-ci maddələrin əlavə edilməsi təklif olunur