Dövlət Vergi Xidməti “ƏDV geri al” layihəsi ilə bağlı açıqlama yayıb

Son günlər vətəndaşlardan “ƏDV geri al” layihəsi ilə bağlı tətbiq edilən müxtəlif tətbiqlər və həmin tətbiqlərdən istifadə edilən zaman ƏDV-nin geri alınmasında çətinliklərlə üzləşmələri barədə müraciətlər daxil olur.

Qazet.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

- Advertisement -

Məlumatda həmçinin deyilir ki, vətəndaşlar ticarət və ictimai iaşə obyektlərində ödəmələr zamanı hesablanmış ƏDV məbləğinin qaytarılması üçün www.edvgerial.az saytı və “BirBank” tətbiqindən istifadə edə bilərlər. Rəsmi elan edilmiş bu sayt və “Birbank” tətbiqi ilə bağlı hər hansı çətinliklər mövcud deyildir və ödənilmiş ƏDV-nin geri alınması üçün qeyd edilən sayt və tətbiqdən istifadə edilməsi tövsiyə edilir.

Vətəndaşlar digər yaradılmış müxtəlif tətbiqlərdən istifadədə diqqətli olmalı, həmin tətbiqləri telefonlara yükləyərkən onların yaradılma məqsəd və şərtləri ilə tanış olmalıdırlar.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Bir gündə 600 mindən çox şəxsdə COVID-19 aşkarlanıb

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib

Nigeriya sahillərində dəniz quldurları azərbaycanlı mühəndisi qətlə yetirib

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı öldürülüb

İran ABŞ-la əməkdaşlıq etməyə hazırdır

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib

Prezident İlham Əliyev Ukrayna Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə başsağlığı verib

Azərbaycanda məişət soyuducularının istehsalı azalıb

Cari ilin yanvarın 1-nə ölkə anbarlarında 105 ədəd hazır məhsul ehtiyatı olub