DİN-in mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək

Daxili işlər orqanlarında ictimaiyyətlə əlaqələrin səmərəli təşkili, polis-media və polis-vətəndaş münasibətlərinin daha da gücləndirilməsi daim diqqət mərkəzində saxlanılan məsələlərdən biridir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən Qazet.az-a verilən məlumata görə, bununla yanaşı, qəzet oxucularının müasir dövrdə əsasən elektron kütləvi informasiya vasitələrinə marağının daha böyük, internet medianın isə geniş auditoriyaya malik olması nəzərə alınaraq orqan və hissələrin fəaliyyətinin təkmilləşdirilməsi və strukturunun optimallaşdırılması üzrə tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin “Mübariz keşikdə” və Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetlərinin redaksiya heyətləri vahid qurumda birləşdirilib. Nəticə etibarı ilə 2021-ci ilin yanvar ayından başlayaraq nazirliyin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək.

- Advertisement -
Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Ermənistan siyasi olaraq TƏKLƏNDİ – Avropa Şurasından TARİXİ QƏRAR

AŞPA-nın qış sessiyası çərçivəsində qurumun monitorinq prosedurunun inkişafına dair qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib.

Nikolun diplomatik pasportu oğurlanıb – XİN

Ermənistan Xarici İşlər Nazirliyi Baş nazir Nikol Paşinyanın diplomatik pasportunun oğurlandığı faktını təsdiq edib.

Almaniyanın xarici işlər naziri ermənilərin arzusunu gözündə qoydu – “Qarabağda gedən hərbi əməliyyatlarda…”

“Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda İŞİD terrorçularının iştirakını sübut edən dəllillərimiz yoxdur".

Rusiya Yaxın Şərq liderlərini Moskvaya toplayır

Moskva İsrail, Fələstin, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Səudiyyə Ərəbistanı ilə “Yaxın Şərq Dördlüyü” (Rusiya, ABŞ, BMT və Avropa Birliyi) nazirlərinin görüşünün keçirilməsini təklif edir.

Dünyanın ən bahalı brendi açıqlandı

Dünyanın ən bahalı brendi olan “Apple” 263,4 milyard ABŞ dolları məbləğində dəyərləndirilir.