Bakıda yaşıllıqlara ziyan vuran obyekt sahibi cəzalandırılıb

Bakı şəhəri, Atatürk prospektində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet səhifəsinin “Eko-Radar” bölməsinə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Qazet.az-a bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı Atatürk prospekti, 118A ünvanında yerləşən obyektin qarşısındakı 3 müxtəlif cinsli ağacın qanunsuz olaraq gövdəsinin üst hissəsindən budandığı, 3 zeytun ağacının və bir neçə dekorativ kolun isə kökündən çıxarıldığı məlum olub.

- Advertisement -

O qeyd edib ki, ağacların müvafiq ekspertiza rəyi olmadan qanunsuz köçürülməsinə və budanmasına göstəriş verən obyekt sahibi Muxtar Gülməmmədov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 5 000 manat məbləğində cərimə edilib.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 55,17 ABŞ dolları təşkil edib

Azərbaycanda qaz sayğaclarının uzaqdan oxunmasına start verilib

İlkin olaraq bu cihazlar çoxmərtəbəli binaların mənzillərinin çöl eyvanlarında olan qaz sayğaclarında quraşdırılıb