Salyanda karantini pozan kafe sahibi və müştəriləri saxlanılıb

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazidə xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən “Şahmar” kafesini aşkarlayıblar.

DİN Mətbuat Xidmətindən Qazet.az-a verilən məlumata görə, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb.

- Advertisement -

Ora baxış zamanı kafenin sahibi və daha 8 müştəri saxlanılaraq Polis Şöbəsinə gətirilib. Müştərilər və obyekt sahibi barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi bir daha çatdırılıb.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 55,17 ABŞ dolları təşkil edib

Azərbaycanda qaz sayğaclarının uzaqdan oxunmasına start verilib

İlkin olaraq bu cihazlar çoxmərtəbəli binaların mənzillərinin çöl eyvanlarında olan qaz sayğaclarında quraşdırılıb