Bakı 27˚C Sunny

Üçtərəfli anlaşmada diqqətdən qaçan məqam – Türkiyədən ilk həmlə gəldi

Gündəm 18:36 01 iyl, 2022

“Türkiyə” qəzeti yazır

Üçtərəfli anlaşmada diqqətdən qaçan məqam – Türkiyədən ilk həmlə gəldi

Türkiyə İsveç və Finlandiyanı PKK/YPG və FETÖ terror təşkilatları ilə bağlı geri addım atmağa məcbur edərkən, bu iki ölkə ilə imzalanan 10 bəndlik razılaşmanın ən diqqətçəkən bəndlərindən biri də 9-cu maddədir.
 

Qazet.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.

İsveç və Finlandiya PKK/YPG və FETÖ-nün öz ölkələrində fəaliyyətinə icazə verməyəcəklərinə dair öhdəlik götürsə də, 9-cu maddəyə əsasən, buna nəzarət etmək üçün üç ölkə arasında birgə daimi mexanizm yaradılacaq. Qurulacaq mexanizmdə üç ölkənin Xarici İşlər, Daxili İşlər və Ədliyyə nazirlikləri və kəşfiyyat qurumları prosesin gedişatına nəzarət etmək üçün birgə çalışacaqlar. Birgə mexanizm digər NATO və Avropa İttifaqına üzv dövlətlərin də iştirakı üçün açıq olacaq.

Bu kontekstdə Türkiyənin yaxın günlərdə ABŞ, İngiltərə, Fransa, Belçika və Almaniya başda olmaqla digər Aİ və NATO üzvlərinə daimi müştərək mexanizmə qoşulmaq üçün təklif verəcəyi bildirilib. Diplomatik mənbələr digər AB və NATO üzvlərinin də müştərək mexanizmə daxil edilməsi ilə Qərb dövlətlərinin PKK/YPG və FETÖ terror təşkilatları üçün daha etibarlı sığınacaq olmayacağını deyirlər.

İndiyə qədər Avropa ölkələri terror təşkilatlarına qarşı addımlar atmaq əvəzinə dəstək verməkdən çəkinməyib. Bu qurumların başında Avropa Parlamenti (AP) dayanır. PKK üzvlərinin dəvət olunduğu simpoziumlara ev sahibliyi edən AP-də fasilələrlə terrorizmə dəstək fəaliyyətləri keçirilir.

Aİ Komissiyasının da PKK ilə bağlı mövqeyi Ankaranın etirazına səbəb olur. Türkiyənin xəbərdarlıqlarına və “Europol”un hesabatlarına baxmayaraq, komissiyaya üzv ölkələr PKK ilə bağlı mövqelərini sərtləşdirmirlər. Bu mənzərə Avropanın PKK üçün təhlükəsiz sığınacaq olduğunu göstərir. Fransa, Belçika, Almaniya, İngiltərə, Yunanıstan, Hollandiya, Norveç, Finlandiya, İsveç, Danimarka və Avstriya PKK-nın rahat fəaliyyət göstərdiyi aparıcı ölkələrdir. Eləcə də bu ölkələr FETÖ terror təşkilatı üzvlərinə qapılarını açır və sığınacaq verirlər.