Arıqlamaq istəyənlərə MÖCÜZƏVİ İÇKİ - bir həftə ərzində özünüzü tanımayacaqsız
Son illərdə ölkəmizdə və xüsusilə sağlam qidalanma və arıqlama mənbələrində çox bəhs edilən çia toxumunun da faydalı bir içki olduğunu bilirsinizmi?
Qazet.az sizlər üçün araşdırdı:
Elmi adı (salvia hispanica) olan Chia, həzmi asan olan və reseptlərə asanlıqla əlavə olunan çox yönlü bir bitkidir.
Antioksidantlarla zəngindir, omeqa-3 yağ turşularının əla mənbəyi və lif, dəmir, kalsium baxımından çox zəngin bir məhsuldur.
1 xörək qaşığı çia toxumunun tərkibində 70 kalori, 2 qram protein, 4 qram yağ, 6 qram karbohidrat və 5 qram lif, əlavə olaraq vitamin və minerallar var.
Öz çəkisinin 10 qatını saxlaya bilir
Bəlkə də çia toxumunu bir çox toxumdan fərqləndirən ən fərqləndirici xüsusiyyət, öz çəkisinin 10 qatını suda saxlamaq qabiliyyətidir.
Bu fərqli xüsusiyyət nəmləndirməni uzatmaqla elektrolitlərin qida maddələrinin udulmasını artırır. Dolayısı ilə bu proses həzmi ləngidir, insanı daha uzun müddət tox saxlayır və şəkərə olan həvəsi azaldır.
Bədəndə yığılan piyləri yandırmaq üçün içki resepti...
Su (2 stəkan)
Chia toxumu (1 xörək qaşığı)
Limon suyu (2 limondan)
Bal (1 xörək qaşığı)
Hazırlanması:
Çia toxumlarını təxminən 1 saat suda saxlayacağıq. Toxumlar suyu udduqca içindəki liflər sayəsində gelə bənzər bir quruluş alacaqlar. Sonra bütün inqredientləri blendere qoyub yaxşıca qarışdıracağıq. Budur yağ yandıran içkimiz hazırdır.
Ananaslı ədviyyatlı "chia smoothie"
2 dilim ananas
1 dilim banan
300 ml. yağsız süd
2 xörək qaşığı qatıq, susuz
1,5 çay qaşığı çia toxumu
1 çay qaşığı rəndələnmiş kokos
Yarım çay qaşığı zerdeçal tozu
Hazırlanması:
Bananları kublar şəklində doğrayın. 2 dilim ananası kiçik parçalara kəsin. Bütün inqredientləri blenderə qoyun və hamarlanana qədər qarışdırın. Nuş olsun…
Chia toxumu lavanda limonad
6 xörək qaşığı bal
2 xörək qaşığı qurudulmuş lavanda
1 stəkan təzə sıxılmış limon suyu
10 stəkan su
2 xörək qaşığı çia toxumu
Yarım limonun qabığı
Hazırlanması:
Su, limon suyu, limon qabığı və lavanda birlikdə qaynadın. Qaynadılmış limonadı soyuducuya qoyun və 6-7 saat dincəlməsinə icazə verin. Artıq soyuducudan çıxardığınız limonadaya çia toxumu və bal əlavə edərək içə bilərsiniz.
Günay Cavanşir