Bakı 6˚C Dreary

Payızda hansı tərəvəzlər daha faydalıdır? 

Maraqlı 20:24 15 sen, 2021

Payız fəslinin  tərəvəzləri arasında bir neçə ən faydalı olanları təqdim edirik. 

Payızda hansı tərəvəzlər daha faydalıdır? 

Bütün tərəvəzlər insan sağlamlığı üçün faydalıdır. Yay istiliyinə alışarkən havanın birdən soyuması ilə özünü göstərən payız, bədənin müqavimətinin azaldığı mövsümdür. Bu səbəbdən, payızda sağlam qidaların istehlak edilməsi qış aylarında xəstəliklərə tutulma riskini azaldır.  

ELƏCƏ DƏ BAX : Payızda hansı meyvələr faydalıdı ?

Payız fəslinin özünə xas meyvə və tərəvəzləri var. Bu tərəvəzlər arasında ən faydalı olanları təqdim edirik:

İspanaq

İspanaq A, C, E və K vitaminlərinə əlavə olaraq bol miqdarda kalium, natrium, kalsium, mis, dəmir, maqnezium, sink mineralları və beta-keratinə malikdir. Bu yolla ispanaq immuniteti gücləndirir, anemiyanın qarşısını alır, həzm pozğunluqlarını aradan qaldırır, dəri, sümük və ürək sağlamlığı üçün faydalıdır.

Kök 

Yerkökü göz sağlamlığı üçün çox vacib olan yüksək miqdarda A vitamininə malikdir. A, B1, B2 vitaminləri və lif qaynağıdır. 

Beta-keratin isə bədəni xərçəngdən qoruyur və xərçəngin meydana gələcəyi təqdirdə xəstə hüceyrələrin çoxalmasının qarşısını alır. Ayrıca kökdə olan antioksidanlar qanı təmizləyərək qan dövranı sisteminə fayda verir.

Balqabaq

100 qr balqabaq gündəlik fol turşusu ehtiyacının dörddə birini qarşılayır. Qaynadılmış balqabağın tərkibindəki keratin maddəsi təsirli antioksidandır. Balqabaq potasiumla zəngindir. 

Qabaq

Az yağlı və aşağı kalorili tərəvəz olan qabaq arıqlamağı asanlaşdırır. Tərkibindəki bol lif və zülal bağırsaq sağlamlığını qoruyur və prostatın qarşısını alır.

Çuğundur  

Çuğundur selülloz, dəmir, maqniy, mis, fosfor və C vitamini ilə çox zəngindir. Tərkibində orqanizmə enerji və davamlılığı təmin edən xeyli miqdarda karbohidratların olmasına baxmayaraq, az kalorili sayılır. 

Gül kələmi   

Gül kələmi tamamilə bir lif və kalsium mənbəyidir. Bu şəkildə xolesterolu tarazlıqda saxlayır. Bundan əlavə, hamiləlik dövründə müntəzəm olaraq istifadə edildikdə, körpənin ana bətnindəki inkişafına müsbət təsir göstərir.

Kərəviz  

Kərəviz təbii olaraq sahib olduğu güclü antioksidanlar sayəsində bir çox orqanı qoruyur. Revmatik ağrıları azaldır. Ağciyər infeksiyaları, astma və dəri sağlamlığı üçün yaxşı olduğu bilinir. 

Göbələk  

Göbələk tərkibində zülalın miqdarı çox olan bitkidir. Aterosklerozun və orqanizmdə xolesterinin yığılmasının qarşısını almağa kömək edir .

 

 

Günay Cavanşir