Bakı 12˚C Mostly cloudy

"Azərbaycanlıları ölkəmizə istirahət etmək üçün gözləyirik"

Eksklüziv 15:15 19 okt, 2022
"Azərbaycanlıları ölkəmizə istirahət etmək üçün gözləyirik"

"Liv Bona Dea Hospitalı"nda 18 oktyabr - Müstəqilliyin bərpası günü münasibətilə tədbir keçirilib.

Qazet.az xəbər verir ki, tədbirin sonunda Türkiyənin iş adamı, kreativ direktor Cihan İşbaşı jurnalistlərin suallarını cavablandırıb. 

Cihan İşbaşı tədbir barədə bunları deyib:

"Burada olma səbəbim "Liv Bona Dea Hospitalı"nın dəvətidir. Həyatınızı daha yaradıcı, fərqli və zövqlü yaşaya bilmək üçün bir təqdimat həyata keçirdim. Tibb işçiləri, millət vəkilləri və iş adamlarının iştirakı ilə olduqca gözəl bir tədbir keçdi. Bu hospital Türkiyə səhiyyə sisteminin dünyada COVİD-19-a qarşı meydan oxumasının, türk həkiminin nə qədər vəfalı, diqqətcil, ağıllı və çalışqan olduğunun manifestidir. Bu əməkdaşlıq çərçivəsində hospital qardaş ölkə Azərbaycanla mübadilə həyata keçirir. Hər zaman Azərbaycandan insanlar ölkəmizə gəlib müalicə alması bizimçün xoşdur. Amma yenə də Türkiyənin "Liv Bona Dea" markası ilə buraya gəlməsi çox yaxşı bir haldır. Artıq Azərbaycanlıları ölkəmizə ancaq istirahət etmək üçün gözləyirik. Buna şahid olmaq xoşdur. Zövq aldım. Azərbaycana ilk dəfə gəldiyimi nəzərə alsaq, düşündüyümdən daha yaxın iki xalq olduğunu gördüm. Bunu belə olduğunu düşünməzdim. Təyyarədən düşdüyüm andan özümü yad bir ölkədə hiss etmədim. Bu məni çox xoşbəxt etdi. Amma bunu belə düşünmədiyim üçün həm də məyus oldum. Bir çox Türkiyədən bura ilk dəfə gələcək insanların da bu hissləri yaşayacağına arxayınam".