Bakı 13˚C Sunny

Hamar və düz qarına sahib olmaq üçün nə etməliyik? - VİDEO

Maraqlı 09:54 05 sen, 2022

Yatmaqdan 3-4 saat əvvəl yeməyi dayandırın

Hamar və düz qarına sahib olmaq üçün nə etməliyik? - VİDEO

Bir çox insanın illərdir arzusunda olduğu möhtəşəm qarın əzələləri və arıq, estetik görünüş göründüyü qədər çətin deyil. 

Qeyri -sağlam üsulları bir kənara qoyaq.   

Yatmadan 3-4 saat əvvəl yeməyi dayandırın. Sudan başqa heç bir maye və bərk qida (süd və meyvə daxil olmaqla) istehlak etməyin.

Gecədə bədənin genetik olaraq istirahət üçün proqramlaşdırıldığı yeganə “qiymətli” saatlar var. 

Bu prosesdə maddələr mübadiləsi ilə birlikdə orqanlarınızın işləmə sürəti də yavaşlayır.  

Yatmadan əvvəl qidalanırsınızsa mədənin işləmə sürətinin yavaşlaması səbəbindən aldığınız yeməyin həzmi çətinləşir. Eyni zamanda, yuxu keyfiyyətiniz azalır.  

Bundan əlavə, böyümə hormonlarının səviyyəsi azalır. (Böyümə hormonu yağları olduqca təsirli şəkildə yandırır.)

Vücudunuz yeyilən yeməyi həzm etmək üçün köhnəlmiş strukturları yenidən qurmaq üçün səylərin bir hissəsini sərf edir və səhər yorğun halda oyanırsınız. 

Yavaşlayan maddələr mübadiləsi, qidalanma nəticəsində aldığınız kaloriləri yandıra bilməz və onları yağ kimi saxlayır. 

Düz qarına sahib olmaq üçün qarışıq dietlərə ehtiyac yoxdur, sadəcə sağlam qidalar gəbul etmək və idmanla məşğul olmaq kifayətdir. Gündə ən az 8 stəkan su içmək vlazımdır. Bu, vücudunuzun toksinlərdən xilas olmasına, düzgün işləməsinə və maddələr mübadiləsini sürətləndirməsinə kömək edir. 

Vücudunuzun birdən-birə dəyişəcəyini gözləməyin. Səbirli olun və özünüzə vaxt ayırın.