Düzcedə vətəndaşlara ədyal və isti şorba paylanır
Xəbər verdiyimiz kimi, AFAD zəlzələdə 32 nəfərin Düzcedə, 1 nəfərin İstanbulda, 1 nəfərin Zonquldakda, 1 nəfərin isə Boluda olmaqla 35 nəfərin yaralandığını açıqlayıb. Düzcenin Gölyaka mahalında meydana gələn 5,9 bal gücündə zəlzələdə panika içində çölə çıxan vətəndaşlar gözləməyə davam edir. AFAD və Türk Qızıl Aypara qrupları vətəndaşlara ədyal və isti şorba paylayır.
Qazet.az TRTHaber-ə istinadən xəbər verir ki, ətraf şəhərlərdə hiss edilən zəlzələdən sonra panikaya düşən Düzce vətəndaşları küçələrə axışıb.
Ədyala sarınmış vətəndaşlar soyuq hava ilə əlaqədar ocaq yandıraraq isinməyə çalışırlar.
Tez-tez baş verən artçı təkanlar səbəbindən evlərində qalmaqda tərəddüd edən vətəndaşlar Gölyaka Bələdiyyəsi qarşısındakı Sosial Müəssisələrdə və parklarda toplaşıb.