"Görülən işlər əməkdaşlığımızın başlanğıcı olacaq"
Eksklüziv
14:50 19 okt, 2022
"Liv Bona Dea Hospitalı"nda 18 oktyabr - Müstəqilliyin bərpası günü münasibətilə tədbir keçirilib.
Qazet.az xəbər verir ki, tədbirin sonunda Türkiyəli iş adamı Ufuk Vurdum jurnalistlərin suallarını cavablandırıb.
O, tədbirin mahiyyəti barədə bunları deyib:
"Bu konfranslar "Liv Bona Dea Hospitalı"nın səhiyyə sahəsində Azərbaycana investisiya çərçivəsində keçirilməyə davam edəcək. Bir çox dəyərli iş adamlarının Türkiyə tərəfindən hospitala gətirilməsi planlaşdırılır. Görülən işlər səhiyyə sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığının bir başlanğıcı olacaqdır. Bunun bir nümunə olduğunu düşünürəm. Bu mövzuda hospitalı təbrik edirəm. Hospital üçün bu önəmli bir layihədir".