“Heydər Əliyev - 100” yubiley medalı təsis ediləcək
Siyasət
14:05 28 noy, 2022

Azərbaycanda “Heydər Əliyev - 100” yubiley medalı təsis ediləcək.
Qazet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
Yubiley medalının təsis edilməsi 2023-cü ilin yanvar-may ayı üçün nəzərdə tutulub.
Prezident Administrasiyası və Milli Məclis icraçı qurum olaraq müəyyənləşib.