Bakı 19˚C Mostly sunny

Məktəblər açılır: uşaqlar üçün ən yaxşı səhər yeməyi

Maraqlı 17:45 13 sen, 2021

Xüsusilə pandemiyada xəstəliklərdən qorunmaq üçün güclü bir müdafiə sisteminə ehtiyacımız var

Məktəblər açılır: uşaqlar üçün ən yaxşı səhər yeməyi

Uşaqların məktəbdə qavrayış səviyyələrini artırmaq üçün səhər yeməyi çox vacibdir. 

Ən keyfiyyətli protein yumurta gündə 1 dəfə istehlak edilməlidir. 

Xüsusilə pandemiyada xəstəliklərdən qorunmaq üçün güclü bir müdafiə sisteminə ehtiyacımız var.

Buna toxunulmazlığı gücləndirən qidalar qəbul etməklə nail olmaq olar.  

Səhər yeməyində heyvan mənşəli qidalar olmalıdır. Bunlar keyfiyyətli protein mənbələri arasındadır. Süd və süd məhsulları, pendir, mövsümi tərəvəzlər, göyərti istehlak edilə bilər.  

İmmunitet sistemini gücləndirən qidalardan, xüsusən vitamin və minerallardan, A, C və E vitaminləri, selenyum və sink kimi minerallar istehlak edilməlidir.  

Beyinin funksiyası üçün yumurta, düyü, noxud, qaraciyər, yulaf, yağsız kəsmik, soya

Sinir sistemi üçün pendir, balıq, süd, yağ, meyvələr

Yaddaş üçün yağsız mal əti, toyuq, sarı pendir, dəniz məhsulları

Görmə itiliyi üçün yerkökü, turşəng, ərik, alma, pomidor, şirin bibər va balıq

Enerji üçün  yarmalar (qarabaşaq, manna, düyü), üzüm, kartof, kələm, meyvələr

Sümük və əzələlərin  inkişafı üçün soya, pendir, balıq, lobya, süd, kəsmik, çörək, tərəvəzlər

Bal və ya doşab desert olaraq istehlak edilə bilər.  

Xüsusilə pandemiya dövründə və qış aylarında istehlak edilməli olan əsas qidalar olan ispanaq, brokoli və balqabaq kimi tərəvəzlərdən faydalana bilərik.  

ELƏCƏ DƏ BAX: Payızda hansı meyvələr faydalıdı ?

Eyni zamanda, xüsusilə C vitamini ilə zəngin olan sitrus meyvələrini meyvə olaraq istehlak etməliyik. İmmunitet sistemini gücləndirən qidalar istehlak etmələri çox vacibdir.

 

Günay Cavanşir