"Reuters" Baydenə aid məxfi sənədlərin ikinci hissəsi tapıldı
Xəbər verdiyimiz kimi, yanvarın 10-da CNN-in verdiyi məlumata görə, Vaşinqtonda Bayden Diplomatiya və Qlobal Münaqişə Mərkəzinin binasında tapılan vitse-prezident Co Baydenin dövrünə aid gizli sənədlərdə Ukrayna, İran və Böyük Britaniya haqqında kəşfiyyat məlumatları vardı.
ABŞ prezidenti Co Baydenin köməkçiləri dövlət başçısı ilə bağlı daha bir məxfi sənədlər toplusu aşkar ediblər.
Qazet.az "Reuters"ə istinadən xəbər verir ki, daha bir məxfi sənədlər toplusu Vaşinqton ofisindən ayrı bir yerdə tapılıb və Bayden ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyasını tərk etdikdən sonra istifadə edib.
"NBC" telekanalının məlumatına görə, Ağ Ev və ABŞ Ədliyyə Nazirliyi bu məlumatı şərh etməyib.
Bundan əvvəl Ağ Evin sözçüsü Karin Jan-Pyer Co Baydenin digər ofislərində yeni məxfi sənədlərin mümkün olması barədə danışmağa hazır olmadığını bildirib.
Qeyd edək ki, Ağ Ev "Reuters"ün sorğusuna cavab verməyib.
Qaynaq