Bakı 8˚C Showers

Böyürtkən çayının faydaları və hazırlanması

Maraqlı 22:11 27 avq, 2022
Böyürtkən çayının faydaları və hazırlanması

Böyürtkən çayı həm faydaları, həm də dadı ilə seçilən böyürtkən meyvəsindən və ya qurudulmuş yarpaqlarından hazırlanır. Böyürtkən meyvəsi bu qədər faydalı olsa da, böyürtkən çayının faydaları nələrdir?

- Soyuqdəymə, qrip, kimi qış xəstəliklərinin müalicəsində istifadə oluna bilər.

- Öskürəyə çox xeyirlidir.

- Badamcıqların şişkinliyini aradan qaldırır.

- Müntəzəm olaraq istehlak edildikdə immunitet sistemini gücləndirir və xəstəliklərdən qoruyur.

- Qan şəkərinin artması və azalmasının qarşısını alaraq onu tənzimləyir.

- Ağızdakı yaraların sağalmasına kömək edir.

Böyürtkən çayı necə hazırlanır?

Əgər böyürtkənin özündən və təzə halda böyürtkən çayı hazırlayacaqsınızsa, meyvələri əzərək şirəsini çıxarın. 

Sonra meyvənin ləti ilə böyürtkən suyunu qaynar suya atırıq və 10-15 dəqiqə qaynadırıq.

Qaynama prosesi bitdikdən sonra çayınızın üzərində əmələ gələn köpüyü qaşıq köməyi ilə çıxarıb çayınızı soyumağa buraxa bilərsiniz. 

Qurudulmuş böyürtkən yarpaqlarından böyürtkən çayı hazırlayacaqsınızsa, böyürtkən yarpaqlarını çaydana qoyun və üzərinə ilıq su əlavə edin. Su qaynadıqdan sonra ocağı söndürün, 10-15 dəqiqə dəmləndikdən sonra çayınız hazır olacaq. 

Qurudulmuş böyürtkən yarpaqlarından çay hazırlayarkən diqqət etməli olduğunuz məqam yarpaqların su ilə qaynadılmış olmasına diqqət etməlisiniz. 

Nuş olsun!

Vitaminlər, minerallar və antosiyaninlərlə zəngin olan böyürtkən ürək xəstəliklərindən xərçəngə, şəkər xəstəliyindən yaddaşa qədər bir çox sağlamlıq problemlərinə və xəstəliklərə faydalıdır. Dadlı böyürtkənləri sağlam pəhrizinizə təhlükəsiz şəkildə daxil edə bilərsiniz.

Sağlam qalın!