Bakı 5˚C Showers

Düzgün qidalanma uşaqların düzgün inkişafi deməkdir - Pediatr məsləhəti

Eksklüziv 10:00 26 avq, 2022
Düzgün qidalanma uşaqların düzgün inkişafi deməkdir - Pediatr məsləhəti

- Azyaşlı uşaqları olan valideynləri narahat edən əsas məsələlərdən biri uşaqların normal qidalanmamasıdır. Çox valideyinlər uşaqların az yemək yeməsindən narahatdır. Bəs görəsən uşaqlarımızın çoxlu qida qəbul etməsinə üstünlük verməliyik yoxsa düzgün qidalanmasına? Ümumiyyətlə 1-7 yaş arası uşaqlar necə qidalanmalıdırlar? 

Neonatoloq-pediatr, tibb elmləri doktoru Nurəngiz Hacıyeva Qazet.az-a valideyinləri narahat edən bu mövzu ilə bağlı geniş məlumat verib.

Düzgün qidalanmanın əsas məqsədi uşaqların fiziki, cinsi və zehni inkaşının normal tamamlanması, stereotiplərə uyğun böyümənin düzgün tamamlanmasıdır.
Düzgün qidalanma dedikdə uşaqlarda gün ərzində üç əsas, iki ara qidalanma nəzərdə tutulur.

Uşaqlarda qidalanma və iştahın yaxşı olmasından daha çox uşaqların nə ilə qidalandığı önəmlidir. Düzgün qidalanmada bir pramida qaydası var və bu pramidanı təşkil edən qidalar aşağıdakılardır.


1) Tərəvəzlər- uşağın günlük qida rasionunda əsasən çiy və yarıbişmiş tərəvəzlər olmalıdır.

2) Meyvələr- uşaqlara mövsümünə uyğun meyvələr verilməlidir. Meyvələrdən əsasən qabıqlı formada istifadə olunması tövsiyyə olunur.

3) Proteinlər- inkişafın təməl qidasıdır. Bütün toxumaların strukturunun qurulmasında proteinə ehtiyac var. Proteinlər əsasən ət və ət məhsulları, paxlalı bitkilərdən alınır.

4) Süd və süd məhsulları -  böyümə dönəmində olan uşaqlara calsium ilə zəngin qidaların verilməsi böyümə dönəmini daha rahat və ağrısız keçirməyə kömək edir. Dişlərin normal inkisafina dəstək olur.

 

5) Taxıl bitkiləri- karbohidratlar B qrup vitaminlərlə zəngin olduğu üçün uşaqların zehni inkişafına dəstək olur. Amma unutmayin ki, hər gün ifrat dərəcədə karbohidratla zəngin qidalar yemək piyləənməyə səbəb olur.

- Məktəbə yeni başlayan uşaqlar özləri ilə məktəbə qidalanmaq üçün nələr apara bilərlər? Uşaqların ummunitetini qaldırmaq üçün hansı qidalara üstünlük verməliyik?

Məktəb yaşı insan orqaniziminin inkişafında ən həlledici dövrüdür. Bu dövrdə sklet əzələləri, sinir sistemi, hormonal yenidənqurma, cinsi  yetişkənlik dövrü başlayır. Uşaq oxuduqca, təhsil yükü artdıqca onun qidalı maddələrə təlabatı, xüsusən düzgün qidalanmaya ehtiyacı artır. Buna görə də, hər bir ana uşağının fundamentini- təməlini düzgün qurmalıdır. O, ilk gündən bilməlidi ki, uşağının qida rasionunda nələr olmalıdır. Məsələn, səhərlər uşaqların qidalarında karbohidratlar, zülallar, meyvələr daha çox  üstünlük təşkli etməlidir. Bu məsələlərə diqqətlə yanaşılmalıdır. Çünki qidalanma düzgün olduqda insanın yaddaşı da düzgün inkişaf edər, yorğunluq, diqqətsizlik, əsəb olmaz.

Heyvani mənşəli zülallar uşaq rasionunun 50 faizini təşkil etməlidir. Hətta uşaq əgər zehni əməyə vaxt çox sərf edirsə, bu faiz 60 faizə çatdırılmalıdır. Ən çox ət, lobya, pendir bu kimi qidalar zülal mənbəyidi. Qidalanma zamanı cinsi xüsusiyyət nəzərə alınmalıdır ki, oğlanlarda enerji sərfi qizlara  nisbətən daha çox olur.

Uşaqları ət yeməyindən məhrum etmək olmaz. Bəzi valideynlər deyir ki, uşağım ət yemir. Bu düzgün deyil. Vegetarian uşaqlarda gələcəkdə cinsi inkişafın ləngiməsi olur. Ətdə ən çox B12 cobalamin var. Onun çatışmamazlığı nəticəsində uşaqlarda qan azlığı yaranır. Qan azlığı dedikdə valideynlər elə bilir ancaq dəmir azlığındandır. Lakin belə deyil. B12 vitamininin çatışmamazlığı özü də inkişafın pozulmasına gətirib çıxarır. 
Uşaqlar qidalanma vaxtı telefona, kompüterə baxmamalıdır. Əgər uşaq telefona, kompüterə baxa-baxa qidalanırsa bu da qidalı maddələrin sorulmasını pozur, uşağın kalori ehtiyacı tam ödənilmir. Çünki burada uşaq qidalanmadan həzz almır və qidalı maddələrin bədənə sorulması pozulur. Qidalanma zamanı ailə üzvlərinin birgə yemək yeməsi də çox vacib amillərdəndir. Məktəbə gedən uşağın çantasına mütləq qida qoyulmalıdır. Çünki uşaq acıyırsa məcbur gedib zərərli qidalardan alıb yeyəcək. Cipsi, qazlı içkilər, suxari və s. Bunlar hamısı şiş xəstəlikləri yaradır. Ona görə də bu qidalaran uzaq durulmalıdır. 
Uşağın rasionunda həftədə iki dəfə balıq olmalıdır. Vitaminlərə gəlincə, əgər uşağın rasionunda həftədə bir dəfə balıq varsa balıq yağı verməyə bilərsiniz. Vitamin ildə bir dəfə verilə bilər. Daimi vitamin verildikdə orqanizimdə vitamin sintez funksiyası pozulur. 
İmmuniteti artırmaq üçün uşaqlara itburnu dəmləməsi vermək olar. İtburnuda vitamin C-nin faizi çox yüksəkdir. Soğan, sarımsaq mövsüm salatlarına əlavə oluna bilər. Təmiz bal hər səhər yeməklərində verilməlidir. 
Bəzi valideynlər uşağın yaddaşından şikayətlənirlər. Bildirirlər ki, uşağı normal qidalandırsam da inkişafi yaxşı deyil. Belə olduqda bunun altında yatan səbəblər araşdırılmalıdır. Buna görə ildə bir dəfə mütləq uşaqlarda qanın ümumu  müainəsi olmalıdır. İnkişaf ləngiməsinin əsas səbəbi qan azlığı, qalxanabənzər vəzinin funkusiyasının pozulması ola bilər.

Neonatoloq-pediatr, tibb elmləri doktoru Nurəngiz Hacıyeva

Fotoğraf açıklaması yok.

Müsahibəni aldı: Gülnar Süleymanova / Qazet.az