Payız əhval-ruhiyyəsi və sağlamlıq
Daha əvvəl diqqət etmədiyiniz detalları görsəniz daha xoşbəxt bir payız keçirə bilərsiniz
Səhər və axşam təmiz və sərin hava . Payızda ən çox yağış yağır.
Payız yağışları bərəkət gətirir, yağışın bir çox faydası var, ziyanı yoxdur.
Soyuyan havalar və təsirini göstərən yağışlar insanların isti içkilərə üstünlük verməsinə səbəb olur.
Əvvəlcə qəhvəyi, sonra sarıya dönən yarpaqlar, quru yarpaqların çırpıntısında oynayan ayaq səsləri bunlar payızın gözəlliyidir.
Rahat “sweatshirtlar”, paltosuz olmağın dözülməz yüngüllüyü
Narıncı gözəllik balqabaqdan nəfis desertlər və qış giləmeyvə hazırlığı da payız ritualının bir parçasıdır.
İnsanlar hava dəyişikliklərindən əlavə, bir də payızın tələb etdiyi qidalanma rejiminə keçid etmək vəziyyətindədir.
ELƏCƏ DƏ BAX:Payızda hansı tərəvəzlər daha faydalıdır?
ELƏCƏ DƏ BAX : Payızda hansı meyvələr faydalıdı ?
Yeni mövsüm rejiminə alışmayan orqanizm, müxtəlif sağlamlıq problemləri ilə qarşılaşa bilər. Bu xəstəliklərin qarşısını almağın yolu güclü immun sisteminə malik olmaqdan keçir.
Sağlam bədən müqaviməti isə mövsümə uyğun və sağlam qidalanmağı tələb edir.
Orqanizmdə halsızlıq və yorğunluq halı baş verir. Sonrakı proseslərdə isə soyuqdəymə, qrip və bronxit kimi xəstəliklərin yaranma ehtimalı artır. Bütün bu sağlamlıq problemlərinin qarşısını almaq üçün immun sistemi baş verəcək zökəm xəstəliklərinə qarşı möhkəmləndirilməlidir.
İmmun sisteminin gücləndirilməsi də vitamin və mineral baxımından zəngin ət, süd, tərəvəz, meyvə və dənlilərdən ibarət olan qida qruplarına aid nemətlərin istifadə etməsindən asılıdır. Bundan əlavə, bədəndəki zərərli maddələrin atılmasına yardımçı olduğu üçün bol C vitamini olan meyvə və tərəvəzlər yeyilməlidir.
C vitamininin itkisinin qarşısını almaq üçün də hər səhər bir stəkan təzə sıxılmış meyvə suyu için.
Günay Cavanşir