2021-ci ilin ən sürətli 8 avtomobili - SİYAHI
Maraqlı14:2710 iyun, 2021

Son tendensiyalar “sürət” amilinin avtomobil sevərlər arasında vacib amilə çevrildiyini göstərir

title
Bizi-da oxuyun

Avtomobil bazarında son tendensiyalar “sürət” amilinin avtomobil sevərlər arasında vacib amilə çevrildiyini göstərir.

“ViralVentura” bu ilin ən sürətli 8 avtomobil modelini seçib.

8-ci yer: “Porsche Macan Turbo”

“Porsche Macan Turbo” qoşa turbolu V6 mühərriki və 7-sürətli sürətlər qutusu ilə 400 at gücü təklif edir. Avtomobil 0-60 km/saat sürətə 4,2 saniyədə çatır. “Macan Turbo”nun qiyməti 77 000 dollardan başlayır.

7-ci yer: “Bentley Bentayga”

“Bentley Bentayga” 300 km/saat sürət ilə “Bentley”in ən sürətli SUV ban növlü avtomobili hesab edilir.
Avtomobil bu sürəti qoşa turbolu W-12 mühərriki, 600 at gücü və 8-sürətli sürətlər qutusu vasitəsilə yığa bilir. "Bentayga”nın qiyməti 230 000 dollar civarındadır.

6-cı yer: “Mercedes-AMG E63 S”

Bu avtomobil 557 at gücünə malik 5,5 litrlik qoşa turbolu V-8 mühərrikinə və 8-sürətli sürətlər qutusuna malikdir. “4x4” funksiyası ilə “Mercedes-AMG E63 S” 0-60 km/saat sürəti 3,4 saniyəyə yığa bilir. Avtomobilin qiyməti təxminən 150 000 dollardır.

5-ci yer: “Ford Focus RS”

“Ford”un bu hetçbek modeli 6-sürətli mexaniki sürətlər qutusuna, 2,3 litrlik 4 silindrli turbo mühərrikə malikdir. Avtomobil 0-60 km/saat sürətə 4,6 saniyədə çata bilir. "Focus RS”in qiyməti 37 000 dollardan başlayır.

4-cü yer: “Cadillac CTS-V”

Bu “Cadillac” modelinin 640 at gücünə malik 6,2 litrlik V-8 mühərriki və 8-sürətli avtomat sürətlər qutusu var. Avtomobil 0-60 km/saat sürəti 3,5 saniyəyə yığır. Maksimum sürət həddi isə 200 km/saatdır. Bu modelin qiyməti 150 000 dollardan başlayır.

3-cü yer: “Dodge Viper”

“Dodge”nin bu fərqli dizayna malik modeli 645 at gücü verən 8,5 litrlik V-8 mühərrikinə malikdir. Avtomobil 0-60 km/saat sürətə 3 saniyə ərzində çatır. “Dodge Viper”in qiyməti 90 000 dollardan başlayır.

2-ci yer: “Lamborghini Aventador SV”

Bu “Lamborghini" modeli 730 at gücünə malik 6,5 litrlik V12 mühərriki və 7-sürətli mexaniki sürətlər qutusu ilə təchiz olunub. Avtomobil 0-60 km/saat sürəti 2,7 saniyədə yığa bilir. “Lamborghini Aventador SV”un qiyməti nə az, nə çox - 500 000 dollardır.

1-ci yer: “Bugatti Chiron”

“Bugatti Chiron” 8 litrlik 16 silindrli və 4 turbolu mühərriki ilə 1500 at gücü təklif edir. Avtomobilin 7-sürətli sürətlər qutusu var. "Chiron” modelinin maksimal sürəti 420 km/saatdır. Avtomobili almaq istəyən şəxs isə 3 milyon dollarından keçməlidir.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0