96 yaşında ailəsinə sahib çıxan şəxs - Məşhur hakimin unudulmaz məhkəmə proseslərindən
Video14:2121 iyun, 2021

63 yaşlı oğlunun qan analizi verməsi üçün avtomobili bir qədər sürətlə idarə etdiyini etiraf edən yaşlı şəxsə hakim Kaprionun cavabı

96 yaşında ailəsinə sahib çıxan şəxs - <span style="color:red">Məşhur hakimin unudulmaz məhkəmə proseslərindən</span>
Bizi-da oxuyun

Amerika Birləşmiş Ştatlarının Rod-Aylend adasının paytaxtı Providensdə uzun illərdir baş hakim kimi fəaliyyət göstərən Frank Kaprionun sədrlik etdiyi məhkəmə proseslərinin görüntüləri bütün dünyada məşhurdur.

Belə təsirli görüntülərdən biri də 96 yaşlı şəxsin məktəb ərazisində sürət həddini aşma maddəsi ilə təqsirləndirildiyi məhkəmə prosesidir. 63 yaşlı oğlunun qan analizi verməsi üçün avtomobili bir qədər sürətlə idarə etdiyini etiraf edən yaşlı şəxsə hakim Kaprionun cavabı belə olur:

“96 yaşınız var və hələ də ailənizin qayğısına qalırsınız. Siz yaxşı insansınız. Bu, möhtəşəmdir. Sizə qarşı qaldırılan iddia rədd edilir. Sizə can sağlığı arzu edirəm. Tanrı sizi qorusun!”.

Fikriniz

  • 1
  • 1
  • 0
  • 0
  • 1
  • 0