Alçanın faydaları
Maraqlı10:1017 may, 2021

Alçanın tərkibində bir çox faydalı maddələr var - orqanik turşular, pektin, A, PP, C vitaminləri, dəmir, kalsium, maqnezium, kalium, fosfor və s.

title
Bizi-da oxuyun

Qidalanma və pəhriz mütəxəssisləri alçanın yüksək C vitamini ilə dəmir istehlakını artırdığını, antioksidan xüsusiyyətləri sayəsində immunitet sistemini dəstəklədiyini və bədənin yorğunluğa qarşı müqavimətini artırdığını deyirlər.

Alçanın tərkibində bir çox faydalı maddələr var - orqanik turşular, pektin, A, PP, C vitaminləri, dəmir, kalsium, maqnezium, kalium, fosfor və s. 

C vitamini orqanizm üçün ən vacib olan vitaminlərdən biridir. Bu vitamin orqanizmdə gedən bir çox proseslərdə iştirak edir - immun sisteminin vəziyyətini yaxşılaşdırır, dəriyə müsbət təsir edir, orqanizmdə qocalma prosesləri ləngidir və s. 

Alça avitaminozla mübarizə aparır. Yağlı qidaların daha asan mənimsənilməsinə kömək edir. Alça həzm prosesləri yaxşılaşdırır. Təbii liflərlə zəngin olan alça qəbizliklə mübarizədə çox yaxşı kömək edir.           

Qeyd edək ki, bəzi xəstəliklər zamanı alçanın qəbulu əks göstəriş sayılır. Belə ki, mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi, qastrit zamanı alçanın qəbulu xəstənin vəziyyətinə mənfi təsir edə bilər.

Bundan əlavə, alçanın çoxlu miqdarda qəbulu diş sağlamlığına mənfi təsir edə bilər, mədədə ağırlıq, köp və s. xoşagəlməz hallara səbəb ola bilər. 

Alçanın çəyirdəklərinin tərkibində az miqdarda sianid turşusu var. Bu maddə güclü zəhərdir. Bu səbəbdən alçanın çəyirdəklərini yemək tövsiyə edilmir. B,  zəhərlənməyə səbəb ola bilər. Xüsusilə bu azyaşlı uşaqlar üçün təhlükəlidir.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0