Azərbaycan klubu ardıcıl ikinci dəfə karantin qaydalarını pozaraq cərimələndi
İdman14:5606 aprel, 2021

 "Turan Tovuz"la səfər oyununda ehtiyat oyunçuları texniki zonada sosial məsafə qaydalarını pozduqları üçün "Zaqatala"ya eyni məbləğdə cərimə kəsilib

title
Bizi-da oxuyun

Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən “Zaqatala” klubu eyni səbəbdən ikinci dəfə cərimələnib.

Qazet.az-ın məlumatına görə, AFFA İntizam Komitəsi əyalət təmsilçisini oyun zamanı texniki zonada karantin qaydalarına riayət etmədikləri üçün yenidən cəzalandırıb. XIX turun "Sabah-2" ilə səfər matçında "Zaqatala"nın ehtiyat oyunçuları və texniki heyəti texniki zonada maskadan istifadə qaydalarını pozub. Bu səbəbdən, klub 80 manat ziyana düşüb.

Qeyd edək ki, XVIII turun "Turan Tovuz"la səfər oyununda ehtiyat oyunçuları texniki zonada sosial məsafə qaydalarını pozduqları üçün "Zaqatala"ya eyni məbləğdə cərimə kəsilib.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0