Bu gün yazıçı Anarın doğum günüdür
Layihələr16:5814 mart, 2021

Yazıçının 83 yaşı tamam olur

title
Bizi-da oxuyun

Martın 14-ü Azərbaycanın xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anarın doğum günüdür. 

Qazet.az xəbər verir ki, yazıçının 83 yaşı tamam olur.

Xalq yazıçısı Anar 1938-ci ildə şair Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib.

Anarın anası Nigar Rəfibəyli Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bət Rəfibəylinin nəvəsidir. Atası Rəsul Rza isə Məmmədxanlılar nəslindəndir.

Anar 1991-ci ildən Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türkdilli Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.

Anarın əsərləri nəinki Azərbaycanda, həm də ölkəmizin sərhədlərindən kənarda da çap edilib, pyesləri tamaşaya qoyulub.

 

Fikriniz

  • 1
  • 1
  • 0
  • 0
  • 0
  • 0