Cəfəri çayının faydaları, arıqlamaq üsulları
Mətbəx18:1811 iyun, 2021

Cəfəri çayının sağlamlığa faydalarını bilirsinizmi?

Cəfəri çayının faydaları, arıqlamaq üsulları
Bizi-da oxuyun

Cəfəri çox zəngin kimyəvi tərkibə malikdir. Cəfəridə A, B, C qrupu, PP, fol turşusu kimi əvəzsiz vitaminlər, müxtəlif faydalı mikroelementlər (dəmir, kalium, kalsium, maqnezium, fosfor, natrium və s.), efir yağları, zülal, fermentlər və s. var.

Qazet.az xəbər verir ki, insanın ürək-damar sistemi üçün çox faydalıdır. Cəfərinin daim qəbulu qan damarlarını möhkəmləndirir, ödəmləri aradan qaldırır, ürəyin fəaliyyətinə müsbət təsir edir.

Güclü sidikqovucu xüsusiyyətlərinə malikdir. Məhz bu səbəbdən cəfəri sidik ifrazı sistemi iltihabları zamanı, böyrək daşı xəstəliyi zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər. Cəfəri dəmləmə, şirə şəklində istifadə olunur. Uzun müddət ərzində qəbul etdikdə cəfəri böyrəkləri qumdan, duzlardan, hətta kiçik daşlardan təmizləyir.

Cəfəri C vitamini ilə olduqca zəngindir. İnsanın immun sisteminə də çox müsbət təsir edir, orqanizmi möhkəmləndirir.

Cəfərinin tərkibində fermentlər və inulin var ki, bu maddələr həzm prosesləri yaxşılaşdırır, damaqları bərkidir və dişləri ağardır, ağızdan gələn pis qoxunu yox edir.

A vitamini ilə zəngin olan cəfəri gözlər üçün də çox xeyirlidir.

Cəfəridə fol turşusu var. Bu səbəbdən göyərti hamilə qadınlar üçün çox faydalıdır.

Cəfəri kosmetologiyada çox geniş istifadə olunur. Cəfəri ilə maskalar və kremlər üz dərisini ağardır, gözlərin altında olan qara kölgələri yox edir, çilləri və piqment ləkələri daha az görünən edir. Bunun üçün 1 dəstə cəfəri blenderdə xırdalanır, 1 xörək qaşığı xama və 1 xörək qaşığı limon şirəsi ilə qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maska ilıq su ilə yuyulur.


Cəfəri limonla arıqlamaq üçün kokteyl 

Azkalorili yağyandırıcı kokteyl tonuslandırıcı və sidikqovucu xüsusiyyətlərə malikdir.

Hazırlanması:

  • 100 qr cəfərini blenderdə xırdalayın;
  • 1 limonun suyunu sıxın;
  • Alınmış qarışığa 250 ml təmiz su əlavə edin.

5 gün ərzində səhər tezdən acqarnına için. 10 günlük fasilədən sonra kursu təkrarlayın. 

Qastrit və mədə xorasından əziyyət çəkən insanlara bu kokteyl qadağandır. 

Cəfəri və limonla arıqlamaq – vitaminli smuzi

Hazırlanma qaydası:

  1. 2 sap kərəvizi, limonu, 100 qram cəfərini doğrayıb, blenderdən keçirin.
  2. 50 ml kefir əlavə edib, həmcins kütlə alınana qədər qarışdırın

Smuzinin kaloriliyi 240 kkal/100 qr-dır. Onu içdiyiniz günlərdə arıqlamaq üçün idman hərəkətləri ilə məşğul olsanız, effekti artıracaqsınız.
 

Cəfəri limonla arıqlamaq üçün içki

Cəfərili-limonlu su orqanizmin tonusunu artırır, immuniteti gücləndirir. Bu içki soyuq fəsildə daha aktualdır.

Hazırlanması:

1 litr qaynar suya 1 xörək qaşığı doğranmış cəfəri əlavə edib, 5 dəqiqə qaynadın. Soyuduqdan sonra süzüb, üzərinə 70 ml limon suyu tökün. İçməzdən öncə qarışdırın. Gündə 3 dəfə yeməkdən əvvəl 250 ml için. Arıqlamaq üçün bu içkinin istifadə müddətinə məhdudiyyət qoyulmur. 

Cəfəri - limonla arıqlamaq – dəmləmə     

Hazırlanma qaydası:

100 qr cəfərini doğrayıb, üzərinə 2 litr qaynar su tökün. Zəif odda 10 dəqiqə saxlayın. 50 °C-yə qədər soyudub, 100 ml təzə sıxılmış limon suyu əlavə edin və süzün. Gündə 3 dəfə yeməkdən əvvəl 100 ml için. Kurs 2 həftəlikdir. 

Qeyd edək ki, hamiləlik və südvermə dövründə, sidik-ifrazat sistemi, mədə-bağırsaq xəstəlikləri, kəskin və xroniki böyrək problemləri, komponentlərə qarşı allergiya cəfəri limonla arıqlama məsləhət deyil

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0