Dahi fizik Stiven Hokinq - çağdaş kosmologiyanın ulduzu nə ilə yadda qaldı?
Layihələr17:5114 mart, 2021

76 yaşlı britaniyalı Hokinq günümüzün dahi alimi və elmi təbliğ edən parlaq şəxsiyyəti bu gün vəfat edib

title
Bizi-da oxuyun

76 yaşlı britaniyalı Hokinq günümüzün dahi alimi və elmi təbliğ edən parlaq şəxsiyyəti bu gün vəfat etdi. Bəs o elm tarixində hansı kəşflərilə qalacaq?

 

1. Hopkinq şüalanması

Alimlər hesab edirlər ki, Kainatda 100 milyon Qara Dəlik var, onların çəkisi ulduzların çəkisi ilə müqayisəyə belə gəlməz, biz bunlar haqqında demək olar ki, heç bir şey bilmirik. Bu fiziki obyektlərin daxilində hansı qanunlar hökm sürür? Bu dəliklər nədən ibarətdir? Qara Dəliklərin mərkəzindəki sahə – sinqulyarlıq nədir? Qara Dəlik nə isə şüalandıra bilir, ya sadəcə onun yaxınlığında olan hər şeyi ( kiçik toz zərrəciklərindən tutmuş iri planetlərə kimi) udur?

Bu sualların birinə Stiven Hokinq cavab verib. 1975-ci ildə erkən Kainat nəzəriyyəsinin banisi Aleksandr Starobinski , atom və hidrogen bombalarının yaradıcılarından biri olan Yakov Zeldoviçlə birgə Qara Dəliklər yaxınlığında kvant effektlərini müzakirə etdikdən sonra Hokinq məqalə çap etdirir. Söhbət 1973-cü il Moskvada baş tutur.

Hokinqin ehtimalına əsasən, Qara Dəlik kvant mexanikası baxımından elementar hissəcikləri yalnız udmur, həm də özü elementar hissələr şüalandırır. Söhbət fotonlardan, yaxud işıq kvantlarından gedir. İş orasındadır ki, Qara Dəliklərin yaxınlığında virtual hissə cütlükləri doğulur. Bunun üçün böyük enerji lazimdir ki, bu enerjini də Qara Dəlik kütləsindən götürürlər. Belə olduğu halda, Qara Dəliyin kütləsinin azalması baş verir. Burada yaranan hissəciklər selini “Hokinq şüalanması” adlandırırlar. Nə qədər çox hissəciklər yaranırsa, Qara Dəliyin kütləsi bir o qədər azalır v faktiki olaraq buxarlanır.

 

” Qara Dəliyin yaxın məsafədə çox güclü qravitasiyası var. Demək heç bir şey, hətta işıq da dəliyin riyazi sərhədlərindən çıxa bilməz!”

Stiven Hokinq

 

 

 

Qeyd etməliyik ki, Hokinq şüalanması öz kvant təbiətinə görə hələləlik hipotezdir. Amma artıq çağdaş fizik- alimlər Qara Dəlik ətrafındakı nəhəng massivlərin interferometrlərlə ölçülməsinə böyük ümidlər bəsləyirlər, ola bilsin ki, məhz bununla gələçəkdə Hopkins şüalanmasını müəyyən etmək olacaq.

«Eynşteyn özü kvant mexanikasını, ondakı təsadüf elementləri və qeyri-müəyyənlik üzündən qəbul edə bilmədi. O deyirdi: Tanrı aşıq-aşıq oynamır. Görünür Eynşteyn iki dəfə yanılıb. Qara Dəliyin kvant effekti onu sübüut edir ki, Tanrı nəinki aşıq-aşıq oynayır, hətta aşıqları elə yerə atır ki, onları görmək mümkün olmur ” – bu Stiven Hokinqin məşhur ifadələrindəndir.

 

2. Öncə sinqulyarlıq vardı

Stiven Hokinq riyaziyyatçı-fizik Rodjer Penrouzla birgə sübut edə bilirlər ki, Qara Dəliyin yaranması qravitasiya sinqulyarlığı ilə bağlıdı. Qravitasiya sinqulyarlığı – zaman-məkanın elə bir sahəsidir ki, orada bizim üçün adi olan fizika qanunları işləmir. Bu şəraitdə müəyyən ssenarisi olan hadisələr tamamilə başqa cür inkişaf edir. Hokinq və Penrouza görə nisbilik nəzəriyyəsi tənliyi məhz bu nöqtədə düzgün həll olunmayacaq. Penrouz öz əsərlərində Qara Dəliyin əmələ gəlməsi ilə sinqulyar qravitasiyanı əlaqələndirən ilk alim olub. Daha sonralar Hokinq Penrouzun formalaşdırdığı nəzəriyyəni bütün Kainata tətbiq edərək bu nəticəyə gəlir ki, Böyük Partlayışa gədər öz yaranışının erkən mərhələsində Kainat sonsuz sıxlıq kütləsindən ibarət olub.

Penrouz və Hokinqın işlərində təsvir olunan sinqulyarlıq ideyasını çağdaş fizika hələlik heç cür izah edə bilmir. Buna görə də biz böyük partlayışdan öncə nə olduğunu ehtimal edə bilmirik.

 

3. Qara Dəlik- Kainatın unudulan yeridir

Hokinq şüalanması– Qara Dəliyin buxarlanması nəzəriyyəsi əsasında alim Hokinq Paradoksu adlı nəzəriyyə formalaşdırır. Paradoksun mahiyyəti budur: Qara Dəliyə düşən hər bir informasiya, elektromaqnit dalğaları seli olsun, ya kosmik gəmi olsun, ya hətta bütöv planet olsun – hər şey həqiqətən də itir. Bu o deməkdur ki, şüalanma bu obyekt haqqında heç bir informasiya daşımır. Obyekt hadisənin üfiqindən (yəni Qara Dəliyin riyazi sərhədindən) çıxan kimi, Qara Dəlik obyekti kütləsindən başqa onun bütün xüsusiyyətlərindən məhrum edir. Beləliklə, biz nəinki Qara Dəliyin işərisində nə olduğunu, həm də bu obyektlərin kütlədən başqa hansı xüsusiyyətlərinin olduğunu da heç vaxt bilməyəcəyik. Demək, hansısa əlamətlərinə görə bir Qara Dəliyi digərindən fərqləndirmək mümkün deyil.

 

MƏNBƏ

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0