Ermənistan Müdafiə Nazirliyinin işçiləri helikopterlə təxliyyə olunur - VİDEO
Video15:039 aprel, 2021

Bu barədə “Sputnik Armenia” məlumat yayıb

Ermənistan Müdafiə Nazirliyinin işçiləri helikopterlə təxliyyə olunur - <span style="color:red">VİDEO</span>
Bizi-da oxuyun

İtkin düşən erməni hərbçilərin valideynlərinin Ermənistan Müdafiə Nazirliyinin qarşısında etiraz aksiyası keçirməsi səbəbilə nazirliyin işçiləri helikopterlə təxliyyə edilib.

Qazet.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Dünəndən bəri itkin düşən hərbçilərin yaxınları Müdafiə Nazirliyinin bütün girişlərini bağlayıb, içəridəki işçilərin çıxmasına icazə vermirlər. Hazırda Nazirliyinin binası qarşısında gərgin vəziyyət davam edir. Etirazçılar müdafiə naziri Vaqarşak Arutyunyan və baş qərargah rəisi Artak Davtyan ilə görüş tələb edirlər.

Xatırladaq ki, dünən Qarabağdakı Rusiya sülhməramlı kontingentinin rəhbəri general-leytenant Rüstəm Muradov Bakıya yola düşüb və Ermənistanda bir qrup hərbi əsirin Ermənistana gələcəyi barədə şayiələr yayılıb. Paşinyanın sözçüsü Mane Gevorqyan da bu xəbəri təsdiqləyib. Lakin sonradan təyyarənin içində hərbi əsirlər olmadan eniş etdiyi məlum olub.

Bundan sonra hərbi əsirlərin yaxınları Müdafiə Nazirliyinin yaxınlığında toplanan itkin düşən hərbçilərin qohumlarının keçirdiyi etiraz aksiyasına qoşulub.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0