Günəş şüasının insan bədəninə faydası və zərəri
Maraqlı11:2117 may, 2021

Günəş şüalarının insan orqanizminə xeyirli təsiri çoxdur, lakin onu zərərli formada qəbul etmək də yolverilməzdir

title
Bizi-da oxuyun

Günəş şüaları bədənimizə dəydikdə D vitamininə çevrilir. Bu, güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir.

Ekzema (irinli səpkilər) və sızanaq problemləri olanlar günəşdən faydalanırlar.

Günəşli hava əksər insanlara xoş təsir bağışlayır. Elm adamları bunun beyindəki pineal (qozavari) hüceyrələr və melatonin hormonlarının səviyyəsi ilə bağlı olduğunu bildirirlər.

Dərimiz özünü qorumaq üçün zərər verən şüaları süzgəcdən keçirmək cəhdilə özünü qaraldır. Qaralmaq ən yaxşı müdafiə strategiyamızdır. 

Günəş şüalarının insan orqanizminə xeyirli təsiri çoxdur, lakin onu zərərli formada qəbul etmək də yolverilməzdir.

Xüsusilə yayda günorta saatlarında intensiv günəş şüaları nəticəsində dəri incəlməsi baş verə bilər.

11:00 və 15:00 radələrində kölgədə qalmaq məsləhətdir. Günəşdən ən çox ziyan çəkən yerlər üz və boyundur. 

 

Günəşdən qoruma kremdən istifadə edin. Üzünüz nə qədər ağdırsa, günəşdən qoruma amili (SPF) o qədər yüksək olmalıdır.

UVA və UVB-yə (günəş şüalarının iki ziyanlı növü) qarşı qoruyan günəş kremi seçin. Mütəmadi olaraq istifadə edin, xüsusilə də suda üzdükdən sonra.  

Bədəninizdəki xallara diqqət edin. Əgər qaşınma, qanama, yayılma kimi hansısa dəyişiklik olsa, həkimə müraciət edin.   

Günəş allergiyası yay mövsümündə daha çox olur. Sink tərkibli bitki yağlarının günəş allergiyasına qarşı faydası olduğu məlumdur.

Günəş allergiyasına qarşı təbii qoruma təmin edən ən təsirli metodlardan biri də balqabaq toxumu yağı tətbiq etməkdir. Bu yağı həm maqazindən ala, həm də özünüz evdə hazırlaya bilərsiniz.

Qatıq da günəş allergiyasına qarşı dəri üçün çox faydalıdır. Günəş şüaları səbəbilə dərinin incəlməsinə qarşı qatıq tətbiq etmək məsləhətdir.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0