Robert Koçaryan koronavirusa yoluxub
Siyasət15:0613 aprel, 2021

Bu səbəbdən onun cinayət işi üzrə aprelin 13-də Yerevanda keçirilməli olan məhkəmə prosesi təxirə salınıb

title
Bizi-da oxuyun

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan koronavirusa yoluxub.

Qazet.az “News.am”a istinadən xəbər verir ki, bu səbəbdən onun cinayət işi üzrə aprelin 13-də Yerevanda keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

R.Koçaryan və vəkili Aram Vardevanyan məhkəmə zalına gəlməyiblər.

Keçmiş prezidentin digər vəkili Hayk Alumyan məkəmədə bildirib ki, koronavirusun simptomları olduğundan həkimlər müvəkkilinə COVID-19 testi verməyi tapşırıblar. Onun sözlərinə görə, R.Koçaryanın əhatəsində koronavirusa yoluxma halı qeydə alınıb.

R.Koçaryan və vəkili Aram Vardevanyan artıq test veriblər. Onların hər ikisi özlərini təcrid ediblər.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0