Evdə hazırlana bilən təbii dezodarantlar
Maraqlı14:1211 iyun, 2021

Tər qoxusundan xilas olmağa imkan verən ev şəraitində hazırlanan ən təbii vasitələr

Evdə hazırlana bilən təbii dezodarantlar
Bizi-da oxuyun

İsti və rütubət orqanizmimizdəki temperaturu tənzimləyir. Tər özlüyündə qoxusuzdur, amma bakteriyaların sürətlə artması pis qoxu yaradır. 

DEZODORANT bədənimizin müxtəlif hissələrinə tətbiq olunaraq tər qoxusunun qarşısını alan qulluq vasitəsidir. 

ANTİPERSPİRANT tərləməyin qarşısını alan kosmetik vasitələrdir. Tər vəzlərinin dəriyə çıxmasının müvəqqəti qarşısını alır və yarana biləcək qoxuya mane ola bilirlər.

Dezodorantlar və antiperspirantların tərkibində zərərli kimyəvi maddələr var. Bunlar sizin sağlamlığına zərər vurur. 

Araşdırmalar hər 2 məhsulun, xüsusilə antiperspirantların insan orqanizminə ciddi zərərlərinin olduğunu göstərir. Çoxlu istifadə xərçəng xəstəliyinə belə gətirib çıxarır.  

Tər qoxusundan xilas olmağa imkan verən ev şəraitində hazırlanan ən təbii vasitələr:

Hindqozu yağında antibakterial və göbələyə qarşı olan xüsusiyyətlər var. Soda - təbii dezodorantdır . O, bakteriyaları öldürür, qoxuları bədəndən səmərəli şəkildə çəkir. Amma çox istifadə qızartı və qaşınma yarada bilər.

Lavanda və efir yağları, çay ağacı bitkilərindən təbii dezodorant kimi geniş istifadə olunur.

Limon suyundakı limon turşusu qoxu verən bakteriyaları məhv edə bilər.

Hidrogen peroksid antibakterial xüsusiyyətlərə malikdir. İsgifadə qaydası:

 1 çay qaşığı 3% hidrogen peroksid

 1 stəkan su

Bu məhlulda pambığı isladıb qoltuğunuzu təmizləyin. 

Alma sirkəsi antibakterial xüsusiyyətlərə malikdir. O, dərinin ph səviyyəsi azaldır, buna görə də, pis qoxu aradan qalxır. 

Alkoqol sürtmək qoxu verən bakteriyaları öldürən ucuz və asan bir dezodorantdır. Bir sprey şüşəsini alkoqolla doldurun və bununla qoltuqaltığınızı spirtləyin. Bunu edərkən sevdiyiniz efir yağından bir neçə damla da əlavə edə bilərsiniz - çay ağacı yağı bədən qoxusunu aradan qaldırmağa kömək edə bilər.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0