Tovuzda toy mərasiminin keçirilməsinin qarşısı alınıb, 12 nəfər cərimə edilib
Cəmiyyət09:0713 aprel, 2021

İştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb

title
Bizi-da oxuyun

Tovuz Rayon Polis Şöbəsinə (RPŞ) Aşağı Şamlıq kəndində toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qazet.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan 12 nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0