Ermənistana İrandan gələ biləcək yüklərin qarşısı alınıb – TƏHLİL

Sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ilə Vətən müharibəsi aparılır.

Azərbaycan Ordusu uzun illər işğal altında olan Azərbaycan torpaqlarını qarış-qarış düşməndən azad edir.

- Advertisement -

Bu günə qədər işğaldan azad edilən ərazilərin siyahısı:

1. Qaraxanbəyli kəndi (Füzuli, 27.09.2020),

2. Qərvənd kəndi (Füzuli, 27.09.2020),

3. Kənd Horadiz (Füzuli, 27.09.2020),

4. Yuxarı Əbdürrəhmanlı kəndi (Füzuli, 27.09.2020),

5. Böyük Mərcanlı kəndi (Cəbrayıl, 27.09.2020),

6. Nüzgar kəndi (Cəbrayıl, 27.09.2020),

7. Şərvəj kəndi (Füzuli, 28.09.2020),

8. Suqovuşan kəndi (Tərtər, 03.10.2020),

9. Talış kəndi (Tərtər, 03.10.2020),

10. Mehdili kəndi (Cəbrayıl, 03.10.2020),

11. Çaxırlı kəndi (Cəbrayıl, 03.10.2020),

12. Aşağı Maralyan kəndi (Cəbrayıl, 03.10.2020),

13. Şəybəy kəndi (Cəbrayıl, 03.10.2020),

14. Quycaq kəndi (Cəbrayıl, 03.10.2020),

15. Aşağı Əbdürrəhmanlı kəndi (Füzuli, 03.10.2020),

16. Cəbrayıl şəhəri (04.10.2020),

17. Karxulu kəndi (Cəbrayıl, 04.10.2020),

18. Şükürbəyli kəndi (Cəbrayıl, 04.10.2020),

19. Çərəkən kəndi (Cəbrayıl, 04.10.2020),

20. Daşkəsən kəndi (Cəbrayıl, 04.10.2020),

21. Horovlu kəndi (Cəbrayıl, 04.10.2020),

22. Mahmudlu kəndi (Cəbrayıl, 04.10.2020),

23. Cəfərabad kəndi (Cəbrayıl, 04.10.2020),

24. Yuxarı Maralyan kəndi (Cəbrayıl, 04.10.2020),

25. Decal kəndi (Cəbrayıl, 04.10.2020),

26. Şıxəli Ağalı kəndi (Cəbrayıl, 05.10.2020),

27. Sarıcalı kəndi (Cəbrayıl, 05.10.2020),

28. Məzrə kəndi (Cəbrayıl, 05.10.2020),

29. Hadrut qəsəbəsi (Xocavənd, 09.10.2020),

30. Çaylı kəndi (Tərtər, 09.10.2020),

31. Yuxarı Güzlək kəndi (Füzuli, 09.10.2020),

32. Görəzilli kəndi (Füzuli, 09.10.2020),

33. Qaracallı kəndi (Cəbrayıl, 09.10.2020),

34. Süleymanlı kəndi (Cəbrayıl, 09.10.2020),

35. Əfəndilər kəndi (Cəbrayıl, 09.10.2020),

36. Sur kəndi (Xocavənd, 09.10.2020),

(14.10 2020 tarixində azad olunan kəndlər)

37. Qaradağlı kəndi (Füzuli)

38. Xatunbulaq kəndi (Füzuli)

39. Qaraqollu kəndi (Füzuli)

40. Bulutan kəndi (Xocavənd)

41. Məlikcanlı kəndi (Xocavənd)

42. Kəmərtürk kəndi (Xocavənd)

43.Təkə kəndi (Xocavənd)

44.Tağaser kəndi (Xocavənd)

(15.10 2020 tarixində azad olunan yeni kəndlər)

45. Füzuli rayonunun Arış,

46. Cəbrayıl rayonunun Doşulu,

47. Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib.

(16.10 2020 tarixində azad olunan yeni kəndlər)

Xocavənd rayonunun;

49. Xırmancıq,

50. Ağbulaq,

51. Axullu kəndləri işğaldan azad edilib.

(17. 10. 2020 tarixində azad olunan yeni kəndlər)

Füzuli rayonunun;

52. Qoçəhmədli,

53. Çimən,

54. Cuvarlı,

55. Pirəhmədli,

56. Musabəyli,

57. İşıqlı,

58. Dədəli,

59. Füzuli şəhəri – işğaldan azad olunmuşdur.

(19. 10. 2020 tarixində azad olunan yeni kəndlər)

Cəbrayıl rayonunun

60. Soltanlı,

61. Əmirvarlı

62. Maşanlı

63. Həsənli

64. Əlikeyxanlı

65. Qumlaq

66. Hacılı

67. Göyərçinveysəlli

68. Niyazqullar

69. Keçəl Məmmədli

70. Şahvəlli

71. Hacı İsmayıllı

72. İsaqlı kəndləri azad edilmişdir.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov Qazet.az-a açıqlamasında bildirib ki, işğaldan azad edilən ərazilər strateji baxımdan da olduqca əhəmiyyətlidir. Xüsusən düşmən Xudafərin körpüsündən istifadə edirdi ki, artıq həmin ərazilərə nəzarət Azərbaycan Ordusunun əlindədir.

“Araz çayı kənarı ilə yaşayış məntəqələri, Xudafərin körpüsü önəmlidir. Bilirik ki, Xudafərin körpüsündən ermənilər istifadə edirdilər, müəyyən yüklərin keçirilməsini həyata keçirirdilər. Bildiyimə görə, Ermənistana İrandan hər hansı gələ biləcək yüklərin qarşısı alınıb”.

Azərbaycan Ordusu yalnız əraziləri işğaldan azad etməklə kifayətlənmir, həmin ərazilərdə möhkəmlənmə tədbirləri də uğurla həyata keçirilir.


Qocaları belə orduya çağırırlar. Bu onu göstərir ki, onların resursları tükənir. Cəbhədə gedən döyüşlərə nəzərə saldığımızda görürük ki, bu həftələrdə Ermənistan tərəfi əsas döyüş strategiyasını itirib. İşğal edilmiş rayonlarda qurulan sədlər Azərbaycan Ordusu tərəfindən dağıdılır. Azərbaycan Ordusu asanlıqla o istehkamları keçib. Yaxın günlərdə döyüşlər daha çox dağ ərazilərində aparılacaq. Burada da onlar tədbirlər görüblər. Əsas ərazilər bizdədir. Bu, siyasi baxımdan o deməkdir ki, bizimlə onlar ”ticarət” apara bilməzlər. O vaxt 5 rayondan söhbət gedirdi. Təxminən 3 rayon əlimizdədir. Qubadlı və Zəngilanı almaq demək olar ki, vaxt məsələsidir.
– İlqar Vəlizadə (Politoloq)

Bu gün Azərbaycan əsgərinin ruh yüksəkliyi qısa müddət ərzində bütün Azərbaycan torpaqlarını işğaldan azad etməyə zəmin yaradır.

“Azərbaycan Ordusu plan üzrə gedir. O planda hansı istiqamətlər prioritet sayılırsa, o istiqamətlər üzrə döyüş əməliyyatları aparılır. Bunun çox böyük mənəvi-psixoloji üstünlüyü var. Bizim üstünlüyümüz çoxaldıqca düşmənin mövqeyi də zəifləyir. Hər bir bölgə, hər bir yaşayış məntəqəsi,  hər bir qarış Azərbaycan torpağı azad edildikcə bu, Azərbaycan əsgərini daha da ruhlandırır, inamını artırır. Düşmən bu gün ruhdan düşür. Mən deyərdim ki, bu, bütün strateji məqamlardan daha da əhəmiyyətlidir”.

Ordumuz haqqında fikir söyləyənləri obyektiv olmağa çağırıram” - polkovnik Şair  Ramaldanov
Şair Ramaldanov (Ehtiyatda olan polkovnik, hərbi ekspert)
Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Türkiyə Gürcüstan ordusunu yeni maddi-texniki vasitələrlə təmin edib

Türkiyə Gürcüstanın Müdafiə Qüvvələrini yeni maddi-texniki vasitələrlə təchiz edib

Azərbaycanda karantinə görə əksər məhkəmə prosesləri təxirə salındı

Ali Məhkəmənin sədri Ramiz Rzayev xüsusi karantin rejimində məhkəmələrin fəaliyyəti ilə bağlı qərar verib

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial xidmətlərdən istifadəsi üçün tələblər hazırlanacaq

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial xidmətlərdən istifadəsi üçün tələblər hazırlanacaq

Erməni əsgər analarının etirazları davam edir

Erməni əsgər anaları Qarabağda olan övladlarının qaytarılmasını tələb edib

Əsirlikdə olan Azərbaycan hərbçisinin xəstəxanadan fotosu yayıldı

Amin Musayevin xəstəxanadan fotosu yayıldı