Demokratiya carçısının seçki saxtakarlığı, iğtişaşlar və yeni prezident – TƏHLİL

Ötən gün ABŞ Prezidenti Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Kapitoli binası qarşısında aksiya keçirərək sonradan binaya daxil olublar. Hüquq-mühafizə orqanları onları binadan çıxarmağa nail olsa da toqquşmalar zamanı 4 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb və 50-dən artıq ABŞ vətəndaşı saxlanılıb,

Bəs fürsətlər ölkəsi olan ABŞ-da nə baş verir?

- Advertisement -

Qazet.az-ın suallarını cavablandıran politoloq İlqar Vəlizadə bildirib ki, qarşıdurmaların əsas səbəbi seçki saxtakarlığına etirazla əlaqədar olub.

Ötən gün baş verənlər onu göstərir ki, son illərdə ölkənin seçki sistemi böhran vəziyyətindədir. Bunu ABŞ-ın mütəxəssisləri, siyasi icmalçıları, hüquq mütəxəssisləri açıq şəkildə deyirlər. Seçki sistemi və seçkilərdə qəbul edilən prinsiplər, seçicilərin kollegiyası kimi məqamlar, seçkilərin bu yolla aparılması müxtəlif problemlərə gətirib çıxarır. Bu da müəyyən saxtalaşdırmalara yol açır.


“Namizədlər sistemdə olan nöqsanlardan öz xeyirlərinə istifadə etməyə çalışırlar. Nəticə etibarilə seçicilərin əksəriyyətinin səsləri nəzərə alınmır. Son seçki kampaniyası onu göstərdi ki, Donald Trampın tərəfdarları kifayət qədər çox idi. Onlar fəal və aktiv idilər. Qeyri-rəsmi sorğularda da Tramp irəlidə idi.

Seçkilərdə isə Bayden qalib gəlir. Ənənəvi olaraq respublikaçıları dəstəkləyən ştatlarda belə seçkilərin nəticələrinin açıqlandığı zaman Baydenə səs verirdilər. Bu səbəbdən də bir çox ştatlarda seçkilərin nəticələri dərhal elan edilmədi, səslərin hesablanması xeyli vaxt apardı”.

– İlqar Vəlizadə (Politoloq)


Müşahidələr göstərirdi ki, heç də hər şey qayda-qanun çərçivəsində deyil. Burada da saxtalaşdırmalara yol verirdilər. Artıq ABŞ seçkilərində belə hallar mütəmadi olaraq təkrarlanır.

“Trampın seçicilərini emosional qrupa aid etmək olar. Trampın özü də kifayət qədər emosional insandır. Bu məqam da iğtişaşlara təsir göstərir. Tramp sistemdən kənar oyunçudur. Respublikaçılar onu məcbur olaraq lider seçdilər. Çünki digər namizədlər çox zəif idi. Trampın davranışları da sistemdən kənar idi. Bu da son ixtişaşlarda özünü göstərir.

Tramp hakimiyyətdə olan dövrdə həm seçki sisteminin dəyişdirilməsinə çağırışlar edirdi, həm də Amerikanın daxili və xarici siyasətində təsirli dəyişikliklərin aparılmasını istəyirdi. Ənənəvi dövlət idarə etməsi onun maraqlarına uyğun gəlmirdi.

Digər cəbhə bütün qüvvələri səfərbər edərək Trampa qalib gəldi. Belə vəziyyətdə Trampın başqa çıxış yolu yoxdur. Artıq o, həmin iğtişaşçıları dağılışmağa çağırıb”.

Yerli seçkilər, ştatlarda seçkilər, ümumiyyətlə ABŞ-ın seçki sistemi bu cür uzunmüddətli olmayacaq. Bunu nə vaxtsa dəyişmək məcburiyyətində qalacaqlar. Ötən gün və bu gün ölkədə baş verən iğtişaşlar bunu deməyə əsas verir.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Azərbaycan XİN açıqlama yaydı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN nümayəndəsinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İSESKO Baş direktoru ilə görüşü zamanı çıxışına dair bəyanatını şərh edib.

Tanınmış aparıcı Mikayılın verilişi bağlandı, özü isə…

Aparıcı Mikayıl Güləddinoğlunun "Space"də yayımlanan "Sevimli mahnı" proqramının yayımı dayandırılıb.

Vilayət Eyvazov bu idarəyə yeni rəis təyin edib

Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinə yeni rəis təyin olunub.

Dünya Tramp və Pompeosuz daha yaxşı olacaq – Zərif

Dünya Tramp və Pompeonun gedişindən sonra daha yaxşı olacaq.

Əli Əsədov iqtisadi şuranın iclasını keçirdi

Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.