ETSN, Aİ və BMT-nin İnkişaf Proqramı yeni platformanı istifadəyə verdi – RƏSMİ

Azərbaycanda daha çox insanı, gündəlik həyatda tullantı hesab etdikləri əşyaları yenidən düzəldərək istifadəyə həvəsləndirmək məqsədilə yeni platforma istifadəyə verildi. Do-it-yourself (DIY), yəni “Özün Yarat” adlı platformanın istifadəçiləri, əşyaların təkrar istifadəsi üçün yeni saytda yaradıcı fikirlər tapa və paylaşa bilərlər.

Qazet.az BMT-nin İnkişaf Proqramından aldığı məlumata əsasən xəbər verir ki, platforma, Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) həyata keçirdiyi, Şərq Tərəfdaşlığı regionunun altı ölkəsində iqlim fəaliyyətinin sürətləndirilməsinə kömək məqsədi daşıyan ”EUforClimate” regional təşəbbüsünün bir hissəsi olaraq istifadəyə verilib.

- Advertisement -

Platformanın istifadəyə verilmə tarixi builki 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə üst-üstə düşür və bu təşəbbüs, ətraf mühitin qorunması səylərinə sərmayə qoyulmasının əhəmiyyəti barədə fərdlərdən tutmuş sənayə və hökumətlərə qədər cəmiyyətin bütün təbəqələrinin məlumatlandırması kampaniyası ilə müşayiət ediləcək.

“Ətraf mühiti qorumaq üçün Azərbaycan son illərdə bir çox əlamətdar uğurlara imza atıb. Gələcək nəsillərə dayanıqlı miras qurmağa davam etmək üçün bütün vətəndaşların dəstəyinə ehtiyacımız var.

İnanırıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq biz, digər hökumət qurumları, beynəlxalq ictimaiyyət və bütün vətəndaşlar ilə birgə çalışaraq, Azərbaycanda ətraf mühitin daha da yaxşılaşdırılmasına töhfə verə və ölkənin iqlim dəyişmələrinin gözlənilən təsirlərinə daha adekvat uyğunlaşmasına şərait yarada bilərik”, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev qeyd edib.

Avatar
Müseyib Baxşəliyev
Xəbər müəllifi

Lavrov Avropa İttifaqını ittiham etdi

“Brüssel ikitərəfli münasibətləri qəsdən pozdu”.

Mbappenin PSJ-dəki taleyinə aydınlıq gəldi

Fransa PSJ-sinin futbolçusu Kilian Mbappe 2022-ci ilin yayında başa çatacaq müqaviləsinin sonunadək komandadan ayrılmayacaq.

Çavuşoğlu ABŞ dövlət katibi ilə danışdı

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

Quliyev Əkbər Güləhməd oğlunun şəhid olduğu müəyyənləşib – FOTO

Vətən müharibəsində itkin düşən kiçik çavuş Quliyev Əkbər Güləhməd oğlunun şəhid olduğu müəyyənləşib.

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib – VİDEO

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.