ABŞ-ın NATO-dakı səfiri: “Qarabağ məsələsi Azərbaycanın sərhədləri və suverenliyi çərçivəsində həll olunmalıdır”

ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison Qarabağ məsələsinin Azərbaycanın sərhədləri və suverenliyi çərçivəsində həll edilməli olduğunu bildirib.

“Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ABŞ və Rusiyanın etdiyini etməyə, yəni Dağlıq Qarabağdakı qarşıdurmanı dayandırmağa çalışır. ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupu münaqişəni ilkin mərhələyə – Ermənistan əhalisinin də yaşaya biləcəyi Azərbaycanın suveren sərhədlərinin bərpası mərhələsinə qaytarmaq istəyir. Bu məsələ hərbi münaqişə ilə həll edilə bilməz, sərhədlər və suverenlik daxilində həll edilməlidir”, – deyə Hatçison qeyd edib.

- Advertisement -

Missiyanın rəhbərinin sözlərinə görə, Rusiya və Fransa da məhz münaqişənin bu yolla həllində israrlıdır.

Avatar
Kanan Abid
Xəbər müəllifi / Author

Pele Maradonanın ölümündən danışdı

Belə dostları itirmək kədərlidir. Şübhəsiz, biz bir dəfə topu səmada təpikləyəcəyik.

Biləsuvarın icra başçısına yeni müavin təyin edilib

Biləsuvar Rayon İcra Hakimiyyətində yeni müavin təyinatı olub.

Türkiyəli nazir koronavirusdan sağaldı

Bir müddət əvvəl koronavirusa yoluxan Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər naziri Zehra Zümrüt Selcuk sağalıb.

İrəvan 1 trilyondan çox təzminat verməlidir…

Noyabrın 25-də Azərbaycanın Moldovadakı səfir Qüdsi Osmanovun “Ermənistanın Azərbaycana 1 trilyon dollardan çox borcu var” başlıqlı müsahibəsi Moldova mətbuatında rus və rumın dillərində dərc edilib.

Rus diplomat: Pompeonun səfəri provokasiyadır!

ABŞ Dövlət katibi Mayk Pompeonun Qolan təpələrinə səfəri provokasiyadır.