“Qarabağın statusu məsələsi bəyanatda qeyd olunmayıb” – Bayramov

“Dağlıq Qarabağ Azərbaycanın tarixi bir hissəsidir. Ermənilər 1813-cü ildə Gülüstan və 1828-ci ildə imzalanan Türkmənçay müqavilələrindən sonra 19-cu əsrin əvvəllərində bu ərazilərdə yerləşdirilmişdir”.

Qazet.az xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibəsi zamanı deyib.

- Advertisement -

“Sovet dövründə ermənilərin oradakı əhalinin əksəriyyətini təşkil etdiyi faktdır. Amma xatırlayaq ki, orada yaşayan azərbaycanlılar və onu əhatə edən 7 Azərbaycan bölgəsində yaşayanlar 1990-cı illərin əvvəllərində işğaldan sonra Ermənistanın həyata keçirdiyi etnik təmizləmənin qurbanı oldular. On illərdir ki, bu insanların hüquqları kobud şəkildə pozulub. Ermənistanın suverenliyi Azərbaycan torpağında deyil, Ermənistan Respublikasının ərazisində həyata keçirilə bilər. Dağlıq Qarabağın statusu məsələsi 9 noyabr tarixli üçtərəfli bəyanatda qeyd olunmayıb. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağın hər iki icması Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh və təhlükəsizlik şəraitində birgə yaşaya bilər”, – deyə XİN rəhbəri bildirib.

Avatar
Müseyib Baxşəliyev
Xəbər müəllifi

Ötən il Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib

2020-ci ildə həyata keçirilən operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib.

Baş prokuror Polşanın ölkəmizdəki səfiri ilə görüşüb

Bu barədə Qazet.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib

Şəhidlər Xiyabanı istiqamətində avtobusların hərəkəti müvəqqəti dəyişəcək

Bu barədə Qazet.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib

Azərbaycan bu məhsula xarici tələbatı tamamilə aradan qaldırır

Qazet.az-ın məlumatına görə, “Azərfloat” QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir

Azərbaycanda daha bir erməni terrorçu barəsində cinayət işi başlanıldı

Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib