Tramp koronavirusla mübarizədə məğlub olduğu iddialarını qəbul etməyib

ABŞ prezidenti Donald Tramp koronavirus (COVID-19) pandemiyasına lazımi dəyəri verməyərək infeksiyanın ölkə ərazisində yayılmasına imkan verməsi ilə bağlı səslənən iddialara cavab verib.

Qazet.az xəbər verir ki, Ağ Ev rəhbəri bu iddiaları rədd edərək bildirib ki, o, əksinə bu virusa lazımından da çox əhəmiyyət verib.

- Advertisement -

Filadelfiya şəhərində seçicilərin qarşısında çıxış edən Tramp pandemiya ilə mübarizədə yürütdüyü siyasətdən qətiyyən peşman olmadığını vurğulayıb:

“Gördüyüm tədbirlərlə bu virusa lazımından da çox önəm verdim. COVID-19 sadəcə öz-özünə yox olacaq. ABŞ xalqı bu virusa qarşı kollektiv immunitet formalaşdıracaq. Federativ hökumətin pandemiyaya qarşı mübarizə siyasəti ilə bağlı heç bir peşmanlığım yoxdur. Administrasiyam əla iş görüb”, – deyə Tramp bildirib.

Qeyd edək ki, Donald Tramp mart ayında məşhur jurnalist Bob Vudvarda verdiyi müsahibədə koronavirusu ciddi bir təhlükə kimi görmədiyini, çünki əhali arasında təşviş yaratmaq istəmədiyini bildirmişdi.

(CNBC)

Avatar
Kanan Abid
Xəbər müəllifi

Yaponiya sahillərində zəlzələ oldu

Yaponiya sahillərində zəlzələ olub.

Rusiyalı qadınların ən çox ərə getdiyi millətlər açıqlandı – Siyahıda Azərbaycan yoxdur

Rusiyalı qadınların ən çox ərə getdiyi millətlərin siyahısı açıqlanıb.

Azərbaycanda elektron qolbaq daşıyan məhkumların sayı AÇIQLANDI

Son üç il ərzində cinayət qanunvericiliyinə iki dəfə mühüm dəyişikliklər edilərək cəza siyasəti humanistləşdirilib, bəzi əməllər dekriminallaşdırılıb, cəza müddətləri yüngülləşdirilib, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişləndirilib.

SON DƏQİQƏ! Ukraynada hərbi təyyarə qəzaya uğradı – Video

Ukraynanın Xarkov vilayəti yaxınlığında təyyarə qəzaya düşüb.

“Qapalı şəraitdə toy etmək olar” – ŞƏRTLƏR AÇIQLANDI

Avropa ölkələrində koronavirus pandemiyasının ikinci dalğası yayılmağa başlayıb. İngiltərə, İspaniya, Fransa, Almaniya, İtaliyada vəziyyət yenidən kritik həddə doğru gedir.