Hrant Dink: Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini etiraf edən erməni əsilli jurnalist

Erməni əsilli türkiyəli jurnalist Hrant Dink “Aqos” qəzetinin keçmiş baş redaktoru olub. O, Türkiyə ilə Ermənistan arasında əlaqələrin yaxşılaşdırılması və Türkiyə ermənilərinə daha çox imtiyazlar verilməsi üçün çalışıb.

H. Dink 1954-cü ildə Malatya şəhərində anadan olub. Atası və anası Sivas şəhərindən olan Hrant ailəsi 1961-ci ildə İstanbul şəhərinə köçüb. Ailədaxili münaqişələr səbəbindən Hrant ailəsi 1961-ci ildə dağılıb. Valideynləri ayrıldığı üçün o, digər iki qardaşı ilə birlikdə Gedikpaşa Erməni Uşaq Evinə verilib.

- Advertisement -

Hrant Dink gənclik illərində siyasətlə maraqlanıb. Əsasən solçu qüvvələri müdafiə edən Hrant Kommunist Partiyası ilə əlaqə yaratmağa başlamışdı. Orta təhsilini bitirdikdən sonra o, İstanbul Universitetinə daxil olub. Ali təhsil aldığı müddətdə uşaq evindən tanıdığı Rakel Yakbasan ilə ailə həyatı qurub.

Çıxışlarından birində Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən Dink bunları deyib:

“Qarabağ problemi həll olunmalıdır. Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və ABŞ bir araya gəlməli və açıq-aydın deyirəm – Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır”.

Qeyd edək ki, Hrant Dink 2007-ci ilin 19 yanvar tarixində, yerli vaxtla saat 15:00-də İstanbulda işlədiyi redaksiya binasının qarşısında sui-qəsd nəticəsində öldürülüb.

Avatar
Müseyib Baxşəliyev
Xəbər müəllifi

Türkiyəli nazir koronavirusdan sağaldı

Bir müddət əvvəl koronavirusa yoluxan Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər naziri Zehra Zümrüt Selcuk sağalıb.

İrəvan 1 trilyondan çox təzminat verməlidir…

Noyabrın 25-də Azərbaycanın Moldovadakı səfir Qüdsi Osmanovun “Ermənistanın Azərbaycana 1 trilyon dollardan çox borcu var” başlıqlı müsahibəsi Moldova mətbuatında rus və rumın dillərində dərc edilib.

Rus diplomat: Pompeonun səfəri provokasiyadır!

ABŞ Dövlət katibi Mayk Pompeonun Qolan təpələrinə səfəri provokasiyadır.

UEFA Ukrayna millisinə texniki məğlubiyyət verdi

UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunun koronavirus səbəbindən ləğv olunmuş İsveçrə - Ukrayna oyunu ilə bağlı qərarını açıqlayıb.

İşğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsü – VİDEO

İşğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsü yayılıb.