Ermənistanda hökuməti tənqid etmək qadağan edildi

Ermənistan Dağlıq Qarabağda hərbi əməliyyatlara görə, əlavə məhdudiyyətlər tətbiq edərək, ölkədə sentyabrın 27-də tətbiq olunan hərbi vəziyyəti daha da sərtləşdirib.

Qazet.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına görə, məmurların şübhə doğuran təşviqat aparması, ölkənin müdafiə qabiliyyətini tənqid, inkar etməsi və müvafiq materialların yayımlanması qadağandır.

- Advertisement -

“Dövlət idarəçiliyi və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərinin hərbi vəziyyətin və dövlət təhlükəsizliyinin qanuni rejiminin təmin olunması ilə bağlı fəaliyyətləri, o cümlədən çıxışlar və nəşrləri də daxil olmaqla, tənqid, təkzib edən, effektivliyə şübhə edən və ya hər hansı bir şəkildə dəyərdən salan proqramları yayımlamaları qadağandır”, – deyə qərarda bildirilir.

Qaydalara riayət olunmasına Ermənistan polisi  nəzarət edəcək. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına çap avadanlığı, radio və audio yayım avadanlığı və surətçıxarma maşınlarını müvəqqəti olaraq müsadirə etmək və ya üzərinə həbs qərarı qoymaq hüququ verilir.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Ərdoğan: “Kəşfiyyat məlumatları əsasında 2000 PKK, YPG terrorçusunun 600 dollara Qarabağda döyüşdüyünü müəyyənləşdirmişik”

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib

MN: “Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulur”

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib

Ərdoğandan Putinə xəbərdarlıq: “Qırmızı xətt keçilərsə…”

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib

Ərdoğan: “Dünən Putinə dedim ki, Qarabağ münaqişəsini birlikdə həll etmək məcburiyyətindəyik”

Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı V. Putinlə ətraflı fikir mübadiləsi aparıblar