Darvinin iki əlyazması Kembric Universitetinin kitabxanasından oğurlanıb

Çarlz Darvinin iki əlyazması Kembric Universitetinin kitabxanasından oğurlanıb.

Qazet.az-ın verdiyi xəbərə görə, Ç. Darvinin təkamül haqqında öncül fikirlərini və məşhur “həyat ağacı” eskizini özündə cəmləşdirən iki əlyazması oğurlanıb.

- Advertisement -

Əlyazmaların ən son 2000-ci ildə kitabxana tərəfindən fotoları çəkilib, lakin 2001-ci ilin yanvar ayında aparılan müntəzəm yoxlama zamanı kitabların yer aldığı kiçik qutunun öz yerinə qaytarılmadığı aşkar edilib. Rəhbərlik isə 2001-ci ildən etibarən Darvinin əlyazmalarının 10 milyona yaxın kitabın olduğu geniş kitabxanada sadəcə səhv yerləşdirildiyini düşünüb.

Aparılan axtarışların nəticə vermədiyini görən Kembric Universiteti bu gün verilən açıqlamada əlyazmaların oğurlandığını bildirərək polisə müraciət edib.

Ç. Darvinin bu əlyazmalarının milyonlarla funt-sterlinq dəyərində olduğu bildirilir.

apa

Avatar
Rüfət Xəlilov
Xəbər müəllifi

Antarktida sahillərində 5,5 maqnitudalı zəlzələ olub

Antarktidada Cənubi Şetland adaları sahillərində 5,5 maqnitudalı zəlzələ olub.

Azərbaycanda bu qadağalar LƏĞV OLUNDU – Rəsmi

Bu gündən ölkədə şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.

Ermənilərdən növbəti həyasızlıq – Daha bir nazir Xankəndiyə səfər etdi

Daha bir erməni nazir qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib.

Rusiyadakı aksiyalarda 300 min insan iştirak edib

Yanvarın 23-də Rusiyanın müxtəlif bölgələrində Aleksey Navalnıya dəstək aksiyalarında iştirak edənlərin sayı 250-300 min nəfər təşkil edib.

Türkiyədə korona ilə bağlı son durum

Türkiyədə son sutkada 5277 nəfərdə yeni tip koronavirus (COVİD-19) aşkarlanıb.