Bakıda velosiped və skuter icarəsi sistemi tətbiq oluna bilər

Bakı Nəqliyyat Agentliyinə (BNA) avtomobil, velosiped və skuter icarəsi xidmətlərinin (“Car-sharing”, “Bike-sharing” və “Scooter-sharing”) tətbiq olunması ilə bağlı təkliflər daxil olub.

Qazet.az-ın məlumatına görə, bunu “Caspian Energy Club”ın təşkilatçılığı ilə keçirilən “Online Baku City Forum”da çıxış edən BNA-nın Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

- Advertisement -

Onun sözlərinə görə, BNA tərəfindən velosiped və skuterlərin icarəsi xidmətlərinin tətbiq olunmasına daha çox diqqət ayrılır: “Avtomobillərin icarəsi sisteminə gəldikdə, bu istiqamət hələ Avropada belə yeni tətbiq olunduğu üçün onun nə dərəcədə uğurlu sistem olduğu araşdırılmalıdır. “Bike-sharing” və “Scooter-sharing”lə bağlı hazırda beynəlxalq və yerli şirkətlərlə müzakirələr aparılıb. Təkliflər var, hazırda onlar dəyərləndirilir. Bu xidmətlərin tətbiqində əsas məsələ velosiped yollarının olmasıdır”.

Velosiped və skuter icarəsi sistemi avtomatlaşdırılmış stansiyalardan birində velosipedi icarəyə götürməyə, səyahət edərək onu eyni şəhərdə yerləşən istənilən kirayə nöqtəsinə qaytarmağa imkan yaradır.

Avatar
Müseyib Baxşəliyev
Xəbər müəllifi

Antarktida sahillərində 5,5 maqnitudalı zəlzələ olub

Antarktidada Cənubi Şetland adaları sahillərində 5,5 maqnitudalı zəlzələ olub.

Azərbaycanda bu qadağalar LƏĞV OLUNDU – Rəsmi

Bu gündən ölkədə şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.

Ermənilərdən növbəti həyasızlıq – Daha bir nazir Xankəndiyə səfər etdi

Daha bir erməni nazir qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib.

Rusiyadakı aksiyalarda 300 min insan iştirak edib

Yanvarın 23-də Rusiyanın müxtəlif bölgələrində Aleksey Navalnıya dəstək aksiyalarında iştirak edənlərin sayı 250-300 min nəfər təşkil edib.

Türkiyədə korona ilə bağlı son durum

Türkiyədə son sutkada 5277 nəfərdə yeni tip koronavirus (COVİD-19) aşkarlanıb.