Azərbaycanlı rejissorun filmi Venesiya kinofestivalının əsas müsabiqəsində – Foto

Venesiya kinofestivalı iyulun 28-də keçirdiyi onlayn mətbuat konfransında proqramı açıqlayıb, filmləri anons edib.

Qazet.az xəbər verir ki, əsas müsabiqəyə 18 layihə daxil olub ki, onlardan da biri azərbaycanlınındır. Bu, rejissor Hilal Baydarov tərəfindən çəkilmiş “In Between Dying” adlı filmdir.

Venesiya kinofestivalının rəsmi saytında qeyd olunur ki, “In Between Dying” filmi  Azərbaycanla ABŞ-ın birgə istehsalıdır. Ekran işində baş rolları Orxan İsgəndərli, Rəna Əsgərova, Məryəm Nağıyeva, Mürvət Əbdüləzimov, Kamran Hüseynov və Samir Abbasov ifa edir.

Screendaily.com xəbər verir ki, rejissor H.Baydarovun filminin premyerası 2-12 sentyabr tarixlərində keçiriləcək Venesiya kinofestivalında olacaq. Məlumdur ki, münsif heyətinə məşhur Avstraliya aktrisası Keyt Blanşett başçılıq edəcək.  

“In Between Dying” filmindən kadr

qafqazinfo

Erməni hərbçilər qəzaya düşdü – Ölən və yaralananlar var

Hadisə nəticəsində 1 hərbçi ölüb, 3 nəfər isə yaralanıb

Türkiyə vətəndaşları üçün vizanın ləğv olunması qərarı avqustun 13-də qüvvəyə minəcək

Dövlət Miqrasiya Xidməti Azərbaycana səfər etmək, yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan Türkiyə vətəndaşlarına müraciət edib

“SpaceX” yeni prototipinin testini həyata keçirib

"SpaceX" metal taxıl anbarını xatırladan nəhəng tankabənzər prototipini eksperimentdən keçirib

Ödənişli təhsil alan tələbələrin təhsil haqqını dövlət ödəyəcək – AÇIQLAMA

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib