Azərbaycan filmi ilk dəfə Venesiya Film Festivalında – “Səpələnmiş ölümlər arasında” – FOTOLAR

Sentyabrın 2-də açılışı keçirilən 77-ci Venesiya Film Festivalının əsas müsabiqə proqramında azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi də yer alıb.

Qazet.az xəbər verir ki, müstəqillik dövrü kino tariximizdə ilk dəfə Azərbaycan filmi Avropanın üç ən nüfuzlu festivalından (Berlin və Kann festivalı ilə birlikdə) birində təqdim olunur.

- Advertisement -

Film Davud adlı bir gəncin məhəbbət hekayəsindən bəhs edir. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran Davud, günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır.

“Qızıl şir” mükafatı uğrunda yarışmada ölkəmizi təmsil edən “Səpələnmiş ölümlər arasında” filmi festival proqramında sentyabrın 11-də nümayiş olunub.

Filmin ərsəyə gəlməsində Azərbaycan kinematoqrafçıları ilə yanaşı, ABŞ və Meksikadan kinematoqrafçılar da iştirak edib. Ssenari müəllifləri Hilal Baydarov, Rəşad Səfər, quruluşçu operatoru Elşən Abbasov, bəstəkarı Kənan Rüstəmli, birgə istehsalçıları Karlos Reyqadas, Coslin Barns, icraçı prodüserləri Denni Qlover, Suzan Rokfellerdir. Filmdə Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oqtay Namazov, Mürvət Əbdüləzizov çəkiliblər.

İtalyan jurnalistlәrin filmlәrә verdiyi ballara әsasәn, “Sәpәlәnmiş Ölümlәr Arasında” (“In between dying”) Venesiya Film Festivalında yarışan 18 film arasında altıncı әn yüksәk balı alan filmdir.

Qeyd edək ki, Hilal Baydarov bundan öncə də bir sıra festivallarda uğur qazanıb. Rejissorun “Xurmalar yetişən vaxt” adlı sənədli filmi 2019-cu ildə 25-ci Sarayevo Film Festivalında “Ən yaxşı sənədli film” nominasiyasında qalib olub, “Nyon Visions du Reel” Film Festivalında “Dinlərarası mükafat”a və “Münsiflər heyətinin mükafatı”na layiq görülüb.

77-ci Venesiya Film Festivalı 12 sentyabrda başa çatıb.

Tehran Orucoğlu
Tehran Orucoğlu
Xəbər müəllifi

Pele Maradonanın ölümündən danışdı

Belə dostları itirmək kədərlidir. Şübhəsiz, biz bir dəfə topu səmada təpikləyəcəyik.

Biləsuvarın icra başçısına yeni müavin təyin edilib

Biləsuvar Rayon İcra Hakimiyyətində yeni müavin təyinatı olub.

Türkiyəli nazir koronavirusdan sağaldı

Bir müddət əvvəl koronavirusa yoluxan Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər naziri Zehra Zümrüt Selcuk sağalıb.

İrəvan 1 trilyondan çox təzminat verməlidir…

Noyabrın 25-də Azərbaycanın Moldovadakı səfir Qüdsi Osmanovun “Ermənistanın Azərbaycana 1 trilyon dollardan çox borcu var” başlıqlı müsahibəsi Moldova mətbuatında rus və rumın dillərində dərc edilib.

Rus diplomat: Pompeonun səfəri provokasiyadır!

ABŞ Dövlət katibi Mayk Pompeonun Qolan təpələrinə səfəri provokasiyadır.