Azərbaycanla Türkiyə arasında səfərlər şəxsiyyət vəsiqəsi ilə həyata keçiriləcək

”Azərbaycan-Türkiyə arasında münasibətlər elə səviyyədədir ki, iki ölkə arasında viza rejimi ola bilməz. Biz bunu qarşılıqlı olaraq aradan qaldırmışıq”.

Qazet.az xəbər verir ki, bunu “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən vebinarda Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

- Advertisement -

Onun sözlərinə görə, gediş-gəlişi asanlaşdırmağın başqa üsulları da var: “Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərləri məsələsi qaldırılıb. Bu məsələnin həll olunması üçün işçi səviyyəsində təmaslar qurmuşuq. Biz hazırda texniki baxımdan sənədlərin razılaşdırılması ilə məşğul oluruq. Hesab edirəm ki, yaxın vaxtlarda praktiki baxımdan da buna nail olacağıq”.

Mehriban Mürsəlova
Mehriban Mürsəlova
Xəbər müəllifi

Almaniyanın xarici işlər naziri ermənilərin arzusunu gözündə qoydu – “Qarabağda gedən hərbi əməliyyatlarda…”

“Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda İŞİD terrorçularının iştirakını sübut edən dəllillərimiz yoxdur".

Rusiya Yaxın Şərq liderlərini Moskvaya toplayır

Moskva İsrail, Fələstin, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Səudiyyə Ərəbistanı ilə “Yaxın Şərq Dördlüyü” (Rusiya, ABŞ, BMT və Avropa Birliyi) nazirlərinin görüşünün keçirilməsini təklif edir.

Dünyanın ən bahalı brendi açıqlandı

Dünyanın ən bahalı brendi olan “Apple” 263,4 milyard ABŞ dolları məbləğində dəyərləndirilir.

“Azəriqaz”dan qaza borcu olanlara XƏBƏRDARLIQ

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin yeni quraşdıracağı mexaniki sayğaclar vahid mərkəzdən idarə olunacaq.

Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

Yanvarın 26-da Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.