Tanınmış iş adamının oğlu Britaniya parlamentində təmsil olunacaq

Rusiyalı iş adamı Aleksandr Lebedevin oğlu Yevgeni Lebedev Britaniya parlamentinin yuxarı – Lordlar Palatasında təmsil olunacaq.

TASS xəbər verir ki, bu barədə Kraliça II Yelizaveta tərəfindən təsdiqlənən siyahıda qeyd edilir.

Siyahıda Britaniyanın “The İndependent” və “Evening Standart” qəzetlərini yayımlayan şirkətin sahibi Yevgeni Lebedev də daxil olmaqla, 36 ad yer alıb.

Ölkənin Baş naziri Boris Conson onu bu mövqeyə tövsiyə edib. Yevgeni Lebedev Lordlar Palatasında müstəqil üzv olacaq, yəni heç bir siyasi qüvvəni təmsil etməyəcək.

Onunla yanaşı, siyahıya keçmiş Britaniya Baş naziri Tereza Meyın əri Filip Mey, hazırkı Baş nazir Boris Consonun kiçik qardaşı və keçmiş təhsil nazirinin müavini Co Conson, Marqaret Tetçerin bioqrafı Çarlz Mur da daxil edilib.

Açıq havada kafe və restoranların fəaliyyəti ilə bağlı AÇIQLAMA

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində yaxın vaxtlarda kafe və restoranların açılacağı barədə məlumat verilib

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib

Prezident İlham Əliyev taksi sürdü – FOTO – Video

Dövlət başçısı taksilərdən birinin sükanı arxasında əyləşərək idarə edib