Qazet.az ofisdən fəaliyyəti bərpa edib – 4 may – FOTO

Azərbaycanda koronavirus infeksiyası səbəbindən Operativ Qərargahın qərarına əsasən bir çox iş yerləri fəaliyyətlərini dayandırmış, insanların ofislərdə toplaşaraq çalışması qadağan edilmişdi.

Bu səbəbdən əksər şirkətlər əməkdaşlarının fəaliyyətinin evdən həyata keçirilməsinə şərait yaratdı.
Qazet.az da əməkdaşları koronavirus infeksiyasından qorumaq məqsədilə, 19 mart tarixindən etibarən sayt fəaliyyətini məsafədən işləməklə təmin edirdi.

2 aya yaxın davam edən məsafədən iş sistemi bu gündən (4 may) etibarən sona çatdı.

Ölkədə və dünyada baş verənləri dəqiq, qərəzsiz, maraqlı formada oxucuya çatdırmaq üçün Qazet.az komandası fəaliyyətini əvvəlki kimi ofisdən davam etdirir.

Bizi izləməyə davam edin! Sizə xəbər var!

Xalq artisti Canəli Əkbərova ağır itki üz verib

Qazet.az xəbər verir ki, xalq artistinin oğlu, 1962-ci il təvəllüdlü Asəf Əkbərov vəfat edib.

Azərbaycanda internetin keyfiyyəti yaxşılaşacaq – Rəsmi

Azərbaycanın dövlət rabitə operatoru “Aztelekom” MMC magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidən qurulması işlərinə başlayıb.

Pandemiyadan zərər çəkən sahibkarların kreditlərinə dövlət dəstəyi müəyyənləşdirilib

Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə qərar qəbul edib

Türkiyədə yoluxma və ölüm sayında azalma

Türkiyədə son sutka ərzində koronavirusdan 18 nəfər dünyasını dəyişib, 1024 nəfərdə virus aşkarlanıb